FHN açıqlama yaydı:Kanalda batan var
16 Avqust 2026, 15:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
708
22.07.2025, 12:22
Bu gün tanınmış şairə,yazıçı-publisist Nəcibə İlkinin doğum günüdür.
Oxu24.com xatırladır ki, NƏCİBƏ İLKİN (Nəcibə Bahadur qızı Babakişiyeva) - 1961-ci il 22 iyulda Tərtər rayonundakı Sarov kəndində dünyaya göz açıb.
1978-ci ildə həmin kənddə orta məktəbi bitirib. 1979-1981-ci illərdə Bakı Kooperativ texnikumun əmtəəşünaslıq fakültəsində təhsil alıb.
1981-ci ildə qiyabi yolla Moskva Kooperativ (indiki Koomersiya universiteti) institutunun iqtisadiyyat fakültəsinə daxil olub.
Ailə qurmasıyla əlaqədar olaraq institutun 3-cü kursundan sonra təhsilini davam etdirə bilməyib.1998-ci ildə Beynəlxalq Elmi Tətbiqi Kosmonavtika İnstitutunun filologiya (dil-ədəbiyyat) fakültəsinə daxil olub, oranı əla qiymətlərlə başa vurub. Bir müddət əmtəəşünas, iqtisadçı vəzifələrində çalışıb.
Hələ orta məktəbdə oxuduğu illərdən şeir yazmağa başlayan Nəcibə İlkinin 1980-ci ildən dövrü mətbuatda şeir və məqalələri dərc olunduğundan, mətbuat aləminə maraq göstərib və sonralar bir filoloq kimi məhz bu sahədə fəaliyyətə başlayıb.
Şeirləri və publisist məqalələri Azərbaycan Yazıçılar Birliyinin ədəbi orqanları olan “Azərbaycan” və “Ulduz” jurnallarında, eləcə də, “Vəfa”, “Sözün işığı” , “Qoşa ulduz”, ”Kotoloq” jurnallarında, “Şərqin səsi”, “Ziya”, “Elm və Təhsil”, “Zaman”, “Ümman”, “Kaspi”, “Respublika”, “Demokratiya”, “İcmal”, “Ədalət” qəsetlərində, ZiM.Az, Zirve.İnfo, edebiyyat-az.com saytlarında dərc olunub.
Nəcibə İLKİN (1961)2004-cü ildə “Bir ömür uduzdum”, 2006-cı ildə “Qəlbimdə dil açan dünya“ şeirlər kitabı, 2017-ci ildə "Sözün ölçüsü və çəkisi" (fikirlər və rəylər) kiatabı işıq üzü görüb.
2007-ci ildə “Tərtər inciləri” toplusunda, 2015-2020-ci illərdə “Zirvə” poeziya antologiyasında, "Canım Azərbaycanım", "Şah dağı" və "Poeziya Çələngi" ədəbi məcmuələrində bir neçə şeirləri çap olunub.
Həmin şeirlər haqqında tanınmış qələm sahibləri rəy yazmış və müsbət mənada öz fikirlərini bildirmişlər.
Şeirlərinə və publisist məqalələrinə görə Az.KİVİHİ-nın “Azərbaycanın fəxri”, “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı”, “Xan qızı Natəvan” mükafatlarına, “İnam” şərəf diplomuna layiq görülüb.
Qafqaz Media İctimai birliyi tərəfindən “Vicdanlı qələm”, “Peşəkar jurnalist” diplomları ilə mükafatlandırılıb.
Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın katibidir.
AYB-nin və AJB-nin üzvüdür. 2006-cı ildən təsis etdiyi “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin, “Ali Ziya” və "Naxış" jurnallarının təsisçisi və baş redaktorudur.
Ailəlidir. İki övladı və bir nəvəsi var.
Oxu24.com kollektivi dəyərli Nəcibə İlkini doğum günü münasibəti ilə təbrik edir.Ona işlərində uğurlar arzu edirik.
15:05 / 16 Avqust 2026
96
14:20 / 16 Avqust 2026
97
14:12 / 16 Avqust 2026
290
13:55 / 16 Avqust 2026
103
13:45 / 16 Avqust 2026
331
13:40 / 16 Avqust 2026
829
11:57 / 16 Avqust 2026
104
11:56 / 16 Avqust 2026
108
23:29 / 15 Avqust 2026
248
23:27 / 15 Avqust 2026
137
22:53 / 15 Avqust 2026
191
22:35 / 15 Avqust 2026
169
22:24 / 15 Avqust 2026
215
21:57 / 15 Avqust 2026
176
21:37 / 15 Avqust 2026
633
21:35 / 15 Avqust 2026
336
21:30 / 15 Avqust 2026
2680
21:24 / 15 Avqust 2026
161
21:24 / 15 Avqust 2026
98
21:17 / 15 Avqust 2026
163
21:17 / 15 Avqust 2026
725
21:16 / 15 Avqust 2026
3427
20:34 / 15 Avqust 2026
118
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.