Bu ay temperatur normadan yüksək olub
19 Avqust 2026, 17:32
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1799
30.05.2025, 12:44
Bu gün şəhid Babək Allahverdiyevin doğum günüdür.
Oxu24.com xatırladır ki, yaşasaydı,46 yaşını qeyd edəcəkdi.
Babək Allahverdiyev 1979-cu il mayın 30-da Naxçıvan şəhərində anadan olub.
Azərbaycan Ordusunun baş leytenantı olan Babək Allahverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Babək Allahverdiyev noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhid olub.
II Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edildi.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Babək Allahverdiyev ölümündən sonra “Cəsur döyüşçü" medalı ilə təltif edilib.
Ailəli idi,iki oğul övladı var.
Miri
17:12 / 19 Avqust 2026
34
16:49 / 19 Avqust 2026
43
16:38 / 19 Avqust 2026
45
16:19 / 19 Avqust 2026
55
15:59 / 19 Avqust 2026
67
15:56 / 19 Avqust 2026
55
15:54 / 19 Avqust 2026
79
15:45 / 19 Avqust 2026
69
15:36 / 19 Avqust 2026
86
15:30 / 19 Avqust 2026
74
15:11 / 19 Avqust 2026
81
15:10 / 19 Avqust 2026
72
14:50 / 19 Avqust 2026
72
14:49 / 19 Avqust 2026
80
14:44 / 19 Avqust 2026
91
14:30 / 19 Avqust 2026
84
14:24 / 19 Avqust 2026
71
14:18 / 19 Avqust 2026
217
14:15 / 19 Avqust 2026
80
14:05 / 19 Avqust 2026
62
13:59 / 19 Avqust 2026
78
13:45 / 19 Avqust 2026
70
13:37 / 19 Avqust 2026
75
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.