Qaynar xətt:

(+99450) 247 90 86

Gəncədə güclü külək hasarı uçurub, iki maşın əzilib 

Gəncədə güclü külək hasarı uçurub, iki maşın əzilib 

CƏMİYYƏT

350

29.05.2025, 19:26

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Gəncədə güclü külək fəsadlar törədib.

Bu gün səhər saatlarında başlayan güclü külək şəhər ərazində yerləşən avtomobil emalatxanasının hasarını uçurub. Uçqun nəticəsində iki maşına ziyan dəyib. Orada olan "VAZ 2107" markalı maşın yararsız hala düşüb, "Hyundai" avtomobilinin ön hissəsi əzilib.

Qeyd edək ki, hazırda qərb bölgəsində qismən küləkli hava şəraiti müşahidə edilir.