Qaynar xətt:

(+99450) 247 90 86

Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlı görün kimdir  - FOTO 

CƏMİYYƏT

219

28.05.2025, 18:36

Rusiya-Ukrayna müharibəsində Rusiya tərəfindən döyüşlərdə iştirak edən Gəncə sakini həlak olub.

Oxu24.com-un məlumatına görə, Gəncə şəhərində anadan olmuş, Rusiya vətəndaşı 1977-ci il təvəllüdlü Orxan Rüstəmov martın 22-də gedən döyüşlər zamanı həlak olub.

O, fevral ayında Rusiya-Ukrayna arasında gedən döyüşlərə qatılıb. Mərhumun qardaşı Sərxan Rüstəmov APA-ya bildirilib ki, Orxan Rüstəmovun həlak olması ilə bağlı onlara 4 gün əvvəl məlumat verilib.

Orxan Rüstəmovun nəşi sabah Gəncə şəhərinə gətiriləcək. Mərhumun sabah Gəncədə dəfn olunması nəzərdə tutulub.

Qeyd edək ki, Rusiya-Ukrayna döyüşlərində həlak olan Orxan Rüstəmov ailəli olub, onun iki övladı var.(APA)