Sabahdan hava şəraiti kəskin DƏYİŞİR: Bakıda və bölgələrdə hava belə olacaq
01 Avqust 2025, 11:56
Qaynar xətt:
(+99450) 247 90 86“Niyə bu qərar imtahana 20 gün qalmış açıqlanır?”
CƏMİYYƏT
199
27.05.2025, 16:37
Xəbər verdiyimiz kimi, bu dəfə lisey və gimnaziyalara qəbul yalnız 6-cı sinifdən aparılacaq. Belə ki, əvvəlki illərdə Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyalara qəbul 5, 6, 7 və 8-ci sinifləri əhatə edirdisə, bu il yalnız 6-cı sinifdə oxuyan şagirdlər qeydiyyatdan keçərək imtahanda iştirak edə biləcəklər. Qaydalara hansı səbəbdən dəyişiklik edildiyinə də rəsmi aydınlıq gətirilməyib.
Oxu24.com xəbər verir ki, sözügedən qərar valideynlər arasında ciddi narahatlıqlara səbəb olub.
Artıq bir çox valideyn, o cümlədən təhsil ekspertləri bununla bağlı sosial şəbəkələrdə narazılıqlarını ifadə ediblər. Valideynlər həmin qərarı tənqid edərək, övladlarının təxminən bir ildir, hazırlıqlara getdiklərini, bunun onlara həm maddi, həm də mənəvi təsir etdiyini bildirib.
Narazı valideynlərdən biri Zahidə Səmədin sözlərinə görə, övladı hazırlıqlarla yanaşı, hər ay 1 və ya 2 dəfə liseylərdə sınağa gedib: “Sınaq çox da minimal büdcə deyil, 12-15 manat olub və hamımız uşaqlarımızı ora göndərmişik. Bəs bu sınaqlar niyə təşkil olunurdu? Hətta mayın 31-nə, iyunun 1-nə sınaqlar var, onlara bilet alan insanlar var. Əgər imtahan olmayacaqdısa, niyə bu sınaqların təşkilinə icazə verilirdi? Niyə bu qərar sentyabrda, ilin ortasında - yanvarda deyil, imtahana 20 gün qalmış açıqlanır? Bu, şagirdlərin hüquqlarının tapdalanmasıdır. Bu qərarın qəbulunda məqsəd nədir?”
Həmçinin oxuyun
Valideynlər qərara təkrar baxılmasını, onun aradan qaldırılmasını tələb ediblər.
Təhsil eksperti Elmin Nuri isə həmin qərarı gözlənilməz və bir o qədər də məyusedici adlandırıb: “ARTİ tərəfindən mərkəzləşdirilmiş qaydada lisey və gimnaziyalara qəbul bu il yalnız VI sinif şagirdlərinə şamil edildi. Yəni, yalnız onlar 7-ci sinfi liseydə oxumaq üçün imtahan verəcəklər. Bəs digərləri?! Dünənədək bu proses IV-VIII siniflərə şamil edilmirdimi?! Minlərlə uşaq il boyu hazırlaşıb ki, sonda imtahan verib, lisey-gimnaziyalara qəbul olunsunlar. Valideynləri pul, müəllimləri beyin xərcləyiblər. Özlərinin əziyyətindən isə danışmağa dəyməz. Belə məsələlər durduq yerə, birdən-birə “yalnız bu olmalıdır” prinsipi ilə olmur. Ümumiyyətlə, olmur və olmamalıdır da... Yaxşı, madam ki, qəbul yalnız VI siniflər üçündür, o zaman digər siniflərin qəbulunun dayandırılmasının səbəbi nədir?”
Problemlə bağlı Təhsil İnstitutuna ünvanladığımız sorğuya belə cavab aldıq: “Sözügedən mövzu qurumun diqqətindədir və müzakirələr aparılır. Yaxın zamanda ictimaiyyətə əlavə məlumat veriləcək”.
Qeyd edək ki, Bakıda və bölgələrdə mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey və gimnaziyaların sayı 30-dan çoxdur.
12:29 / 01 Avqust 2025
Təyyarə kişinin başını qopardı (18+)
108
12:23 / 01 Avqust 2025
Meyiti 11 gün sonra körpünün altında tapıldı
15
12:14 / 01 Avqust 2025
Qadının mədəsindən çıxanlar ŞOK ETDİ - video
58
11:56 / 01 Avqust 2025
Sabahdan hava şəraiti kəskin DƏYİŞİR: Bakıda və bölgələrdə hava belə olacaq
556
11:53 / 01 Avqust 2025
Apple 3 milyard iPhone satdı
20
11:44 / 01 Avqust 2025
Tramp İranı lazım olanı söyləməyə çağırıb
24
11:42 / 01 Avqust 2025
TASS Xankəndi ilə bağlı xəbərin başlığını “düzəldib”
25
11:33 / 01 Avqust 2025
ABŞ Ukraynaya yeni böyük yardım hazırlayır
24
11:30 / 01 Avqust 2025
Tramp reper P.Diddini əfv edə bilər
33
11:26 / 01 Avqust 2025
Rusiya meşələri yanır
27
11:22 / 01 Avqust 2025
Köpəkbalığı hücum etdi -ANBAAN VİDEO
35
11:19 / 01 Avqust 2025
Prezident həmkarını təbrik etdi
30
11:16 / 01 Avqust 2025
Hindistan ABŞ-dan F-35 qırıcıları almaqdan imtina edib
33
11:11 / 01 Avqust 2025
Qərar Imzalandı: Bu Şəxslər 5 Il Tez Pensiyaya Çıxacaqlar
42
10:58 / 01 Avqust 2025
Daha bir Xalq artistinin ölüm xəbəri YAYILDI
211
10:57 / 01 Avqust 2025
Tramp 1 trilyon dollar qazanmaq İSTƏYİR
31
10:55 / 01 Avqust 2025
Ambulans qəzasında ölən şəxs polis əməkdaşı imiş - Foto
34
10:39 / 01 Avqust 2025
Rusiyadan şok: Paşinyan devriləcək, Bakı ilə yeni müharibə...
905
10:36 / 01 Avqust 2025
ABŞ Putinin təhlükəsizlik komandasının pilotsuz təyyarələrlə mübarizə üçün “yeni silahını” üzə çıxarıb
37
10:34 / 01 Avqust 2025
“O, hər kəsin sevdiyi əsl Xalq artisti idi” - Mehriban Əliyeva
37
10:24 / 01 Avqust 2025
Direktor müəllimlərin oturduğu sinfə “donuzxana” deyibmiş
108
10:20 / 01 Avqust 2025
DİN açıqlama yaydı: 49 nəfər saxlanılıb
259
10:14 / 01 Avqust 2025
Castin Timberleykdə xəstəlik AŞKARLANDI
42
09:57 / 01 Avqust 2025
Valyutaların məzənnəsi dəyişdi
62
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.