Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
203
27.05.2025, 15:19
Beştəpə Konqres və Mədəniyyət Mərkəzində Azərbaycanın Türkiyədəki Səfirliyinin və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın müstəqilliyinin 107-ci ildönümünə həsr olunmuş konsert proqramı Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Atatürkün, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və müstəqillik uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinə 1 dəqiqəlik sükut və hər iki ölkənin dövlət himnləri ilə başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycanın müstəqillik günü münasibətilə göndərdiyi təbrik mesajı oxunub.
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov proqramın açılış çıxışında müasir Azərbaycan Respublikasının 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğunu ifadə edib və Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa edərək istiqlal ideallarının yenilməzliyini sübut etdiyini bildirib.
Azərbaycan və Türkiyənin dünyada bənzəri olmayan münasibətlərinə toxunan səfir, iki dövlətin hər zaman bir-birinin yanında olduğunu vurğulayıb. “Biz Çanaqqalada, Bakıda istiqlal üçün bərabər çarpışan igid bir nəslin övladlarıyıq” deyə o bildirib.
Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin türk və müsəlman dünyasında ilk demokratik respublika olduğunu qeyd edib, Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsindən və Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra Azərbaycanın yüksələn xətlə inkişaf etdiyini vurğulayıb.
Azərbaycanın müstəqillik tarixinə həsr olunmuş qısa videonun nümayişinin ardından tədbirdə əsas dövlət qonağı qismində iştirak edən Türkiyə Respublikasının vitse-prezidenti Cevdet Yılmaz çıxış edərək, Azərbaycanı müstəqillik günü münasibətilə təbrik edib, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayaraq iki ölkə arasındakı əməkdaşlığın müxtəlif sahələrdəki inkişafına diqqət çəkib. O, 6 fevral 2023-cü ildə baş vermiş dəhşətli zəlzələ zamanı və “Terrorsuz Türkiyə” təşəbbüsündə Azərbaycanın Türkiyənin yanında olduğu kimi, Türkiyənin də hər zaman Azərbaycanın yanında olmağa davam edəcəyini bildirib.
Çıxışlardan sonra Azərbaycanın xalq artistləri Azər Zeynalov, Azərin və Gülyaz Məmmədovanın, Habil Məmmədov və tələbələrinin, eləcə də Türkiyənin tanınmış opera sənətçisi Çınar Onur Önərin, Cem’i Can Deliormanın dirijorluğunda Cumhurbaşkanlığı Simfoniya Orkestrinin və Azərbaycanın xalq artisi Elnarə Kərimovanın rəhbərliyində TRT Ankara Çoxsəsli Xorunun ifaları ilə möhtəşəm konsert baş tutub.
Çox sayda dövlət və hökumət rəsmilərinin, millət vəkillərinin, ictimai-siyasi xadimlərin, elm adamlarının və media təmsilçilərinin iştirak etdiyi proqram TRT Avaz kanalından canlı yayımlanıb.
Həmçinin oxuyun
01:21 / 14 Dekabr 2025
102
00:52 / 14 Dekabr 2025
189
00:43 / 14 Dekabr 2025
65
00:04 / 14 Dekabr 2025
86
23:47 / 13 Dekabr 2025
654
23:44 / 13 Dekabr 2025
37
23:30 / 13 Dekabr 2025
49
22:45 / 13 Dekabr 2025
297
22:30 / 13 Dekabr 2025
93
22:28 / 13 Dekabr 2025
106
22:22 / 13 Dekabr 2025
116
22:11 / 13 Dekabr 2025
234
21:58 / 13 Dekabr 2025
389
21:34 / 13 Dekabr 2025
1028
21:21 / 13 Dekabr 2025
81
21:19 / 13 Dekabr 2025
108
21:15 / 13 Dekabr 2025
77
21:02 / 13 Dekabr 2025
72
20:49 / 13 Dekabr 2025
374
20:44 / 13 Dekabr 2025
93
20:36 / 13 Dekabr 2025
83
20:26 / 13 Dekabr 2025
78
20:01 / 13 Dekabr 2025
285
19:53 / 13 Dekabr 2025
97
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.