Vətəndaşlarımız niyə internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər? - PROBLEM
30 İyul 2025, 13:15
Qaynar xətt:
(+99450) 247 90 86Bizim dostluğumuz və qardaşlığımız ruhdan gələn bağlılıqdır
CƏMİYYƏT
601
24.05.2025, 15:16
Xoş gəlmisiniz əziz dostlar, qardaşlar!
Mənə bu mötəbər Məclisdə Özbəkistan v4ə Azərbaycan taraixində adı olan şəxsiyyətylər barədə danışmaq etibar olunub.
Heç vaxt hər hansı bir mövzu haqqında çıxış etmək üçün bugünkü qədər tərəddüd etməmişdim. Çünki bu möv4zu o qədər dərindir ki, dərinliyinə vardıqca, yeni –yeni səhifələri, pərdələri açılır.
Hər şeydən əvvəl onu deyim ki, bizim dostluğumuz və qardaşlığımız ruhdan gələn bağlılıqdır.
Özbəkistan və azərbaycanın tarixi bağlılığı bir də ona görə ayrılmazdır ki, burada yaşayan xalqların və tayfaların əksəriyyəti oğuz soy-kökünə bağlıdır. Belə olduqda, demək biz eyni ata-ananın övladlarıyıq.
Tarixin hər ötən əsrində, qərinəsində oğuzların izi və sözü qalıb. Assimlyasiyalar, təbii fəlakətlər və ya siyasi quruluşlar ucbatından insanlar bir yerdən başqasına köç etməli olublar. Türkləri fərqləndirən cəh8ət o olub ki, haraya getsələr öz mədəniyyətlərini aparıblar.
Bizim üçün yaxın olmasa da , zaman üçün ən yaxın tarix olan 13-cü əsrin ortalarından başlamaq istəuyirəm. 7 dünya hökmdarı Əmir Teymur 27 dövləti öz bayrağı altında birləşdirib, İpək Yolunun üstündə yeni güclü bir siyasi birlik, quruluş yaradanda paytaxt Səm6əərqəndə gətirdiyi alimlər, musiqiçilər, nəqqaşlar içərisin8də daha çox azərbaycan türkləri, səlcuqlar və səfəvilər var idi.
Bu gün dünyanı ayağına gətirən Səmərqənddəki Əmir Teymurdan qalan abidələrin hər birində demək olar ki, azərbaycanlı ustaların, memarların, nəqqaşların əli izi, ustalığı qalıb.
Həmin sənətkarlar oradaya yaşayıb, bitiblər, ailə olublar, məktəb olublar.
Siz Məhəmməd Füzuli deyəndə, biz Əlişir Nəvai deyirik. Daşkəndə rəsmi ziyarətə gələn qonaqlar Nizaminin Pedqaoji İnstitutun qarşısındakı heykəlinin önünə gül-çiçək qoyur.
Məktəb dedimsə, Molla Nəsrəddin jurnaılının Türküstanda yaratdığı məktəbdən də danışmaq yerinə düşər. 1906-cı ildə ilk nömrəsi çıxan Molla Nəsrəddin jurnalının külliyyatını özbəkistanın böyük elm xadimi və ədibi Siracəddin Əhmədin kitabxanasında gördüm. Ondan soruşanda ki, Molla Nəsrəddin jurnalı özbəklərə nə verdi? Cavabı belə oldu:
Qaranlıqdan işığa çıxmağa meylli olan insanlarımız, ziyalılarımız bu jurnala abunə oldular. Hər evə ən hörmətli qonaq kimi gəldi. Bundan sonra Özbəkistanda “Ayna”, “Müştüm” , “Əl islah”, “Xurşid” kimi dərgilər çıxmağa başladı. Türküstan elini bir işığa qərq etdi “Molla Nəsrəddin”, elə bir işığa ki, bu gün də o işığın aydınlığındayıq.
Bəhavəddin Nəqşibəndi deyirdi ki, “Səfər tərvətən”. Yəni, öyrənmək üçün Vətəndən səfərə çıx. Bu o zamanlar idi ki, Azərbaycan aydınları səfərə çıxıb doğma türk ellərinə gəlirdi, bu dostluğun rəmzi kimi, bizim Mahmud Xoca Behbudi, Münəvvər Qara Abdurəhmanov, Obidcan Mahmudov, Zəki Validi, kimi tərəqqipərvər ziyalılarımız da öyrənmək üçün o böyük ədiblərin ziyarətinə gedirdilər. “Molla Nəsrəddin” işığını Özbəkistana gətirmək üçün. Əziz azərbaycanlı qardaşlarımız, bilin ki, Cəlil Məmmədquluzadə və onun əqidədaşları təkcə Azərbaycan xalqına deyil, eyni zamanda Türküstan xalqına xidmət edib, onların gözündəki pərdəni açıb. Dünyaya yeni baxış öyrədib. Bu əlaqələri yenidən bərpa etməyə, onların Özbəkistanla əlaqələrin öyrənməyə yeni nəsil jurnalistləri, ədəbi tənqidçiləri və tarixçiləri cəlb etmək lazımdır.”
Bu 2013-cü ildə yazdığım məqalədən bir xatırlamadır.
Özbəkistanda bu günə qədər yaşamış böyük ictimai fikir adamları, ədiblər, şairlər və sənətkarlar haqqında hörmətli həmkarım Qulu Kəngərli “Keşmiş unudulmayanda tarixə çevrilir” adlı özbək və azərbaycan dilində kitab yazıb. Bu yaxınlarda Qulu Kəngərlinin qızı bir ziyalı özbək oğlu ilə ailə qurdu. Bu qədimdən olan ənənələrimizin yeni davamı deyilmi?
Mən sizə Səid Rza Əlizadəni ya Maqsud Şeyxzadəni deyimmi? Səmərqənddə ilk azərbaycanlı məktəbini yaradan Seyid Rzanı bu gün anmasaq olarmı? Tanınmış özbək ədibləri Qafur Qulam, Həmid Əlimcan, Utkur Rəşid, akademik Voxid Abdullayev Seyid Rza Əlizadənin tələbələri olublar.
1916-cı ildə Sidqi Ruhulla ilk teatr tamaşasını Daşkənddə səhnələşdirəndə yəqin ki, o tamaşaya özbəkistanda yaşayan azərbaycan*lılar da baxmışdılar. Sonralar öz aktyor truppası ilə uzun yolları qət edib Özbəkistanın şəhərlərinə gələrdilər. Özbəkistanın böyük aktyoru və rejissoru ilk dərsini Sidqi Ruhullanın qoyduğu teatr tamaşalarından aldı. Bu yaxınlarda 89 yaşında Daşkənddə vəfat edən Azərbycanın və Özbəkistanın xalq artisti, Əlişir Nəvai adına Özbəkistan Böyük Opera v4ə balet Teatrının baş rejissoru Firudin Səfərovun adını çəkəndə sevinirəm ki, bu gün özbəkistanda onun nə qədər ardıcılları vardır. Özbəkistanda doğulmuş Cəbrayıl İdrisov da həmin taetrın ən istedadlı solistlərindəndir. Məşhur musiqiçilər Nərgiz və Ramida Poladxanova bacılarının bütün uğurları özbəkistanla bağlıdır.
Mənfur sovet rejimindən əziyyət çəkən, repressiyaya uğrayan azərbaycanlıların çoxu qurtuluşu çox vaxt özbək torpağında tapıblar. Türküstana sürgün edilən ailələr, onların övladları bu çörəkli torpaqda böyüyüb, nəsil artırıblar, ad-san sahibi, yurd, ev sahibi olublar. Özbəkistanın həyatının bir parçasına çevriliblər, Özbəkistanın quruculuğunda inkişafında iştirak ediblər. Bunu özlərinə bəxt, səadət sayıblar.
Özbək tarixçiləri öz əsərlərində Əmir Teymurun Toxtamışa yazdığı məktubu sitat gətirirlər. Orada yazılmışdı ki: “Sən Turanın üzüyünün qaşı olan Azərbaycana qəsd etdin və onu taladın”. Həqiqətən, tarixi mənbələr göstərir ki, Toxtamış Təbrizi tutarkən hiylə yolu ilə buradan 100 minlərlə insanı sürgün eləmişdi və çoxlu sayda insanı qırdırmışdı. Teymur Toxtamışa yazırdı ki, sən bu əməlinin cəzasını alacaqsan. 1391-1395- ci illərdə Toxtamışla olan savaşlar birbaşa Azərbaycanla bağlı idi.
Əmir Teymur ilə I İbrahimxəlil Şirvanşahın dostluğunu yada salanda deyə bilərik ki, istər mərhum Heydər Əliyev və İsalm Kərimov, istərsə də bugünkü dövlət başçılarımız İlham Əliyev və Şövkət Mirzyoyev həmin müttəfiqlik əlaqələrini daha geniş, daha təmtəraqla davam etdirirlər.
Və bir də ki, bir zamanlar Əmir Teymurun yaylağı və oylağı olan Qarabağı geri alandan sonra, Özbəkistan Hökumətinin Füzuli şəhərində tikdiyi məktəb diaspora işində olan əlaqələrin davamıdır, -deyərdim. Mən çox istəyərəm ki, həmin məktəbdə Özbəkistandan olan müəllimlər dərs deyib, bizim uşaqlara özbək dilini tədris etsinlər ki, həmin uşaqlar da böyüyüb, tariximizin izində olsunlar.
Yəni biz öz tariiximizi hər gün qorumalıyıq ki, üstünü daha toz basmasın. Uşaqlarımız o tarixin keşiyində durmalıdır.
Azərbaycan Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyini ilə birlikdə ötən ilin sonunda mən sədri olduğum İpək Yolu Mədəni Tarixi Əlaqələr İctimai Birliyi adından Özbəkistanda Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Xalq diplomatiyası Mərkəzi ilə əməkdaşlıq haqqında Memorandum imzaladıq.
Bu memorandumun şərtlərində də bizim tarixi köklərimiz və mədəniyyətimizi araşdırmaq kimi böyük vəzifələr dayanır. Bu işlərin həyata keçirilməsində isə isə həm Azərbaycan və həm də Özbəkistan dasporlarının fəal üzvləri yəqin ki, bizə mənəvi cəhətdən dəstək olacaqlar.
Həmçinin oxuyun
13:15 / 30 İyul 2025
Vətəndaşlarımız niyə internet kanallarımızı peyk vasitəsi ilə izləyə bilmirlər? - PROBLEM
1
13:05 / 30 İyul 2025
Sabahın havası ilə bağlı XƏBƏRDARLIQ
37
13:02 / 30 İyul 2025
ABŞ-da onlarla ravvin saxlanılıb
11
12:56 / 30 İyul 2025
Zəlzələ o qədər güclü oldu ki,ağ BALİNALAR sahilə çıxdı - VİDEO
15
12:41 / 30 İyul 2025
İşləməyə Rusiyaya gedənlərə pis xəbər — Qalmaqallı qadağa barədə detallar
60
12:16 / 30 İyul 2025
SON DƏQİQƏ! Rusiya məşhur azərbaycanlını axtarışa VERDİ
380
12:15 / 30 İyul 2025
Pensiya ilə bağlı mühüm xəbər: bu şəxslər tez çıxa bilər – 10 il…
55
12:05 / 30 İyul 2025
Tailand gərginlik ərəfəsində bunu QADAĞAN ETDİ
32
11:58 / 30 İyul 2025
Nəhəng vulkan belə PÜSGÜRDÜ - ANBAAN
33
11:52 / 30 İyul 2025
Ədliyyə Nazirliyindən üzərliklə bağlı vətəndaşlara XƏBƏRDARLIQ
35
11:50 / 30 İyul 2025
Bu diplomlar tanınmadı
35
11:40 / 30 İyul 2025
Azərbaycanlılar bu ölkədən deportasiya EDİLDİ
628
11:32 / 30 İyul 2025
Litva pilotsuz təyyarələri vurmağa hazırlaşır
37
11:27 / 30 İyul 2025
Prezident onu təbrik etdi
34
11:25 / 30 İyul 2025
Çin Ukraynanın xarici siyasətinə görə fikir ayrılığına düşüb
38
11:19 / 30 İyul 2025
Hollandiya -İsrail qarşıdurması
32
11:16 / 30 İyul 2025
Zarafatnamələrin ciddiliyi - Sərvaz HÜSEYNOĞLU
43
11:00 / 30 İyul 2025
ABŞ Çinlə nəyi razılaşıb?
80
10:54 / 30 İyul 2025
Rusiyada baş vermiş zəlzələdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
536
10:45 / 30 İyul 2025
Tramp Epsteini Floridada qadınları oğurlamaqda ittiham edib
40
10:42 / 30 İyul 2025
Ukrayna üçün kredit axtarırlar
34
10:36 / 30 İyul 2025
33 yaşlı Günelin öldüyü dəhşətli qəzanın görüntüləri - Video
41
10:27 / 30 İyul 2025
Rusiyada ard-arda dəhşətli ZƏLZƏLƏLƏR OLDU
265
10:21 / 30 İyul 2025
Hakim olmaq istəyənlərə ŞAD XƏBƏR
38
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.