Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb
18 Noyabr 2026, 14:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4364
23.05.2025, 13:31
Təhsil sisteminin ən vacib sütunlarından biri müəllimlərdir. Onların pedaqoji təcrübəsi, dünyagörüşü və formalaşdırdığı nəsillərlə cəmiyyətə təsiri danılmazdır. Uzun illər eyni məktəbdə, eyni şagird tipi ilə işləyən müəllimlərin qazandığı praktik bilik və psixoloji dayanıqlıq onları təhsilin “sabit sütunu”na çevirir. Elə bu səbəbdən bir çox hallarda müəllimlərin 65 yaşı tamam olduqdan sonra da fəaliyyətlərini davam etdirmələrinə ehtiyac duyulur.
Oxu24.com xəbər verir ki, vəkil Turan Abdullazadə mövzu ilə bağlı Modern.az-a bildirib ki, Əmək Məcəlləsinin 10-1-ci maddəsinə əsasən, dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir:
Müəllimlər maksimum 70 yaşa dək çalışa bilər
“Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir”.
İstisna hallar
Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən 5 ildə 1 ildən artıq müddətdən artıq uzadıla bilər.
Lakin dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının 15 faizindən artıq ola bilməz.
Müəssisənin işçilərinin sayı 100 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır.
Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir
Müəllimlərin “əməkdar müəllim” və digər fəxri təltiflər onların müqaviləsinin uzadılmasına zəmin yarada bilər.
14:18 / 18 Noyabr 2026
8
14:06 / 18 Noyabr 2026
43
13:56 / 18 Noyabr 2026
63
13:12 / 18 Noyabr 2026
85
12:55 / 18 Noyabr 2026
85
12:53 / 18 Noyabr 2026
115
12:51 / 18 Noyabr 2026
183
12:32 / 18 Noyabr 2026
870
12:28 / 18 Noyabr 2026
105
12:20 / 18 Noyabr 2026
379
12:15 / 18 Noyabr 2026
111
12:10 / 18 Noyabr 2026
137
12:03 / 18 Noyabr 2026
99
12:03 / 18 Noyabr 2026
408
11:49 / 18 Noyabr 2026
198
11:43 / 18 Noyabr 2026
118
11:39 / 18 Noyabr 2026
136
11:35 / 18 Noyabr 2026
142
11:32 / 18 Noyabr 2026
131
11:22 / 18 Noyabr 2026
662
11:19 / 18 Noyabr 2026
156
11:15 / 18 Noyabr 2026
120
11:13 / 18 Noyabr 2026
109
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.