Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
19 Avqust 2026, 20:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
244
20.05.2025, 16:32
“Ədəbiyyat və incəsənət” portalına Türk Mədəniyyəti və İrsi Fondunundan verilən məlumata görə, 17 may 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və Qırğızıstanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Maksat Mamutkulov , Azərbaycanın ictima və siyasi xadimləri Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadənin Şəki şəhərində yerləşən ev muzeyini ziyarət ediblər.
Qeyd edək ki, ziyarət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq AMEA və Mahmud Kaşğari adına Beynəlxalq Fondun əməkdaşlığı çərçivəsində təşkil olunub, bir sıra silsilə tədbirlər həyata keçirilib.
Muzeyə baxışdan öncə iştirakçılar Bəxtiyar Vahabzadənin şərəfinə ucaldılan abidəni ziyarət edib, önünə gül dəstələri düzüblər və əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Ziyarət zamanı qonaqlar şairin şəxsi əşyalarının, yaradıcılığına dair əlyazmaların və onun zəngin irsini əks etdirən eksponatların nümayiş olunduğu muzey ekspozisiyası ilə tanış olublar.
Tədbir çərçivəsində Bəxtiyar Vahabzadənin milli şüurun, dilin və mədəniyyətin qorunması uğrunda mübarizəkar yaradıcılığından danışılıb, onun Türk dünyası mədəniyyətinə töhfələri xüsusi ilə vurğulanıb.
Ziyarət Türk dünyasında ortaq mədəni yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi simvolik əhəmiyyət daşıyıb.

20:59 / 19 Avqust 2026
14
20:04 / 19 Avqust 2026
41
19:50 / 19 Avqust 2026
59
19:27 / 19 Avqust 2026
74
17:59 / 19 Avqust 2026
84
17:50 / 19 Avqust 2026
81
17:32 / 19 Avqust 2026
97
17:12 / 19 Avqust 2026
98
16:49 / 19 Avqust 2026
91
16:38 / 19 Avqust 2026
75
16:19 / 19 Avqust 2026
97
15:59 / 19 Avqust 2026
89
15:56 / 19 Avqust 2026
70
15:54 / 19 Avqust 2026
114
15:45 / 19 Avqust 2026
86
15:36 / 19 Avqust 2026
109
15:30 / 19 Avqust 2026
87
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
85
14:50 / 19 Avqust 2026
88
14:49 / 19 Avqust 2026
96
14:44 / 19 Avqust 2026
119
14:30 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.