Ramil Səfərovun xanımına bu VƏZİFƏ VERİLDİ
14 Dekabr 2025, 01:21
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
188
20.05.2025, 15:33
Kapital Bank kommersiya bankçılığı sahəsindəki uğurları və innovativ yanaşması ilə daha bir beynəlxalq mükafata layiq görülüb. Bank, nüfuzlu “International Investor” jurnalı tərəfindən “Ən yaxşı kommersiya bankı 2025” (“Best Commercial Bank Azerbaijan 2025”) nominasiyası üzrə qalib elan edilib. Bu mükafat Kapital Bank-ın kommersiya bankçılığı sahəsində göstərdiyi yüksək performansın, müştəri yönümlü yanaşmanın və dayanıqlı böyümənin beynəlxalq səviyyədə növbəti təsdiqidir.
Böyük Britaniyada nəşr olunan “International Investor” jurnalı maliyyə sektorunda innovasiya, liderlik və qabaqcıl təcrübələri ilə seçilən qurumları təqdim edən qlobal platformadır. Kapital Bank-ın bu mükafata layiq görülməsi onun kommersiya bankçılığı sahəsindəki strateji inkişafını və müştəri portfelinə dəyər qatan məhsul və xidmətlərini beynəlxalq səviyyədə tanıdır.
Hazırda Kapital Bank 5 milyondan çox müştəriyə xidmət göstərir. Bankın kommersiya bankçılığı üzrə portfeli sürətlə böyüməkdədir. 46 460 hüquqi şəxs və 221 538 fərdi sahibkar Kapital Bank-ın çevik və rəqəmsal həllərindən aktiv şəkildə faydalanır. 3 milyondan çox aktiv Birbank mobil tətbiqi istifadəçisi ilə Kapital Bank müştərilərinə yaratdığı rəqəmsal həllərlə də ön sıradadır və bazarda lider mövqeyini qoruyur.
Kommersiya müştərilərinə təqdim olunan fərdi yanaşma, məhsul dizaynında çeviklik və risklərin effektiv idarə olunması Kapital Bank-ın bu sahədə üstünlüyünü müəyyənləşdirən əsas faktorlardır. Bank kiçik və orta bizneslər üçün əlçatan maliyyə həllərindən tutmuş, iri korporasiyalar üçün optimallaşdırılmış xidmət modellərinədək geniş spektrdə xidmətlər təklif edir.
Bununla yanaşı, Kapital Bank yalnız maliyyə göstəriciləri ilə deyil, sosial məsuliyyət sahəsindəki təşəbbüsləri ilə də fərqlənir. Xüsusilə təhsilin inkişafına yönələn layihələr, tələbələr üçün yaradılan fürsətlər və cəmiyyətin rifahına töhfə verən sosial proqramlar Kapital Bank-ın dəyərlərinin ayrılmaz hissəsidir.
Qeyd edək ki, cari ildə Kapital Bank “International Investor” tərəfindən “Best Private Banking Azerbaijan” mükafatına da layiq görülüb. Bu iki nüfuzlu beynəlxalq tanınma bankın həm kütləvi, həm də fərdi müştərilər üzrə yüksək xidmət standartlarını və geniş strateji baxışını bir daha təsdiqləyir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 54 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.
Həmçinin oxuyun
01:21 / 14 Dekabr 2025
213
00:52 / 14 Dekabr 2025
258
00:43 / 14 Dekabr 2025
85
00:04 / 14 Dekabr 2025
126
23:47 / 13 Dekabr 2025
729
23:44 / 13 Dekabr 2025
44
23:30 / 13 Dekabr 2025
54
22:45 / 13 Dekabr 2025
317
22:30 / 13 Dekabr 2025
98
22:28 / 13 Dekabr 2025
115
22:22 / 13 Dekabr 2025
124
22:11 / 13 Dekabr 2025
244
21:58 / 13 Dekabr 2025
404
21:34 / 13 Dekabr 2025
1067
21:21 / 13 Dekabr 2025
84
21:19 / 13 Dekabr 2025
113
21:15 / 13 Dekabr 2025
82
21:02 / 13 Dekabr 2025
75
20:49 / 13 Dekabr 2025
379
20:44 / 13 Dekabr 2025
97
20:36 / 13 Dekabr 2025
86
20:26 / 13 Dekabr 2025
81
20:01 / 13 Dekabr 2025
288
19:53 / 13 Dekabr 2025
101
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.