Bu ölkədə hər 15 nəfərdən biri Azərbaycan dilində danışır
19 Avqust 2026, 20:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
299
20.05.2025, 11:15
Xüsusi Qabiliyyət Tələb Edən İxtisaslar üzrə Qeydiyyat Başlayır
2025/2026-cı tədris ili üçün ali təhsil müəssisələrinin (V ixtisas qrupu) və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları (XQTİ) üzrə mayın 20-dən 30-dək təsviri sənət, musiqi sənəti, idman, teatr, kino və xoreoqrafiya sənəti istiqamətlərinə aid komissiyalar üzrə abituriyentlərin (subbakalavrların) qeydiyyatı aparılacaq.
Bu barədə Oxu24.com-a DİM-dən məlumat verilib.
Qeydiyyat Qaydaları və Müraciət Prosesi
Bildirilib ki, abituriyentlər (subbakalavrlar) müvafiq keçidə daxil olub qeydiyyatdan keçə bilərlər. Abituriyentlər ali və orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarının yalnız 1 istiqaməti üzrə ən çox 4 komissiyadan qeydiyyatdan keçə bilərlər. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin XQTİ-ləri üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən abituriyentlər isə 1 istiqamətə aid ən çox 6 komissiya üzrə qeydiyyatdan keçə bilərlər.
“Abituriyent” Jurnalının Xüsusi Buraxılışı Nəşr Olunacaq
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə məlumatlar nəşr olunan qabiliyyət imtahanlarının istiqamətləri üzrə “Abituriyent” jurnalının xüsusi buraxılışları yaxın günlərdə nəşr olunacaq.
İmtahanların Keçirilmə Qrafiki və “Buraxılış Vərəqəsi”
Qabiliyyət imtahanlarının iyun – avqust aylarında keçirilməsi nəzərdə tutulur. DİM-in internet səhifəsində abituriyentlərə (subbakalavrlara) “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə biləcəkləri tarixlər haqqında məlumat veriləcək. “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ndə qabiliyyət imtahanlarının tarixi, keçiriləcəyi ünvan və vaxt göstəriləcəkdir.
Subbakalavrlar üçün Ərizə Prosesi və Mühüm Tarixlər
Bildirilib ki, qəbul (buraxılış) imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər Azərbaycan dili (dövlət dili kimi) üzrə imtahanın nəticəsindən asılı olmayaraq qeydiyyatdan keçə bilərlər. Lakin bu imtahandan “qeyri-məqbul” alan abituriyentlərin nəzərinə çatdırırıq ki, onlar 29 iyun tarixində keçiriləcək Azərbaycan dili imtahanının ikinci cəhdində “məqbul” aldıqları təqdirdə müsabiqəyə buraxılırlar.
Aldıqları orta ixtisas təhsilinə uyğun olan qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmək istəyən subbakalavrlar ilk növbədə mayın 28-dək DİM-in saytında “Subbakalavrın elektron ərizə”sini doldurub təsdiq etməlidirlər. Təhsil məlumatları tam olmayan XQTİ-lər üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyən subbakalavrlar tələb olunan məlumatların qeyd olunan tarixdən gec olmayaraq orta ixtisas təhsili müəssisəsinin məsul şəxsləri tərəfindən sistemə yerləşdirilməsini diqqətdə saxlamalıdırlar. Daha sonra subbakalavrlar 30 may saat 23:59-dək müvafiq qabiliyyət komissiyası üzrə də qeydiyyatdan keçməlidirlər. Yəni onlar əvvəlcə “Subbakalavrın elektron ərizə”sini təsdiq edib sonra qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçə bilərlər.
Xüsusi qabiliyyət imtahanı ilə bağlı daha geniş məlumatla elanın tam mətnində tanış olmaq mümkündür.
20:59 / 19 Avqust 2026
14
20:04 / 19 Avqust 2026
41
19:50 / 19 Avqust 2026
59
19:27 / 19 Avqust 2026
74
17:59 / 19 Avqust 2026
84
17:50 / 19 Avqust 2026
81
17:32 / 19 Avqust 2026
97
17:12 / 19 Avqust 2026
98
16:49 / 19 Avqust 2026
91
16:38 / 19 Avqust 2026
75
16:19 / 19 Avqust 2026
97
15:59 / 19 Avqust 2026
89
15:56 / 19 Avqust 2026
70
15:54 / 19 Avqust 2026
114
15:45 / 19 Avqust 2026
86
15:36 / 19 Avqust 2026
109
15:30 / 19 Avqust 2026
87
15:11 / 19 Avqust 2026
104
15:10 / 19 Avqust 2026
85
14:50 / 19 Avqust 2026
88
14:49 / 19 Avqust 2026
96
14:44 / 19 Avqust 2026
119
14:30 / 19 Avqust 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.