Qaynar xətt:

(+99450) 247 90 86

Yeni təyinat olub 

news/2025_03_04/teyinat_1741080057.jpg

CƏMİYYƏT

1104

30.04.2025, 13:32

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyinə (ARKA) baş direktor təyin olunub.

Bu barədə Oxu24.com-a Mədəniyyət Nazirliyindən bildirilib.

Qeyd edilib ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmri ilə Rəşad Əzizov bu vəzifəyə təyinat alıb.

Rəşad Əzizov bu təyinatadək Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri vəzifəsində çalışıb.