Qaynar xətt:

(+99450) 247 90 86

Fuad Abbasov Moskvada saxlanıldı: deportasiya edilir

2019-05/1558184551_fuad_abbasov3.jpg

CƏMİYYƏT

498

18.05.2019, 17:02

\"\" Rusiyanın hüquq-mühafizə orqanları paytaxt Moskvada yaşayan və fəaliyyət göstərən azərbaycanlı jurnalist Fuad Abbasovu saxlayıb.
Oxu24.com Report-a istinaden xəbər verir ki, jurnalist Rusiyadan deportasiya edilir. Belə ki, Rusiyanın bir neçə azərbaycanlı icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib. Moskva məhkəməsi mayın 7-də \"Xarici vətəndaşın və vətəndaşlığı olmayan şəxsin Rusiya Federasiyası ərazisinə girişinə qadağa qoyulması\" adlı 2737/2019 nömrəli işə baxmağa başlayıb. Proses mayın 17-də yekunlaşıb. Mayın 18-də isə Rusiyanın hüquq-mühafizə orqanları məhkəmənin qərarı ilə F.Abbasovu saxlayıb. Hazırda jurnalistin Azərbaycana deportasiya edilməsi üçün prosedurlar həyata keçirilir.