Qaynar xətt:

(+99450) 247 90 86

“WhatsApp” məxfi xidmət orqanları ilə əməkdaşlıq edir - İDDİA

“WhatsApp” məxfi xidmət orqanları ilə əməkdaşlıq edir - İDDİA

CƏMİYYƏT

850

16.05.2019, 19:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\" \"Telegram\"ın yaradıcısı Pavel Durov \"WhatsApp\" messencerinin istifadəçilər üçün heç vaxt təhlükəsiz olmadığını və olmayacağını bəyan edib.
Oxu24.com oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı sosial şəbəkədə \"Nə üçün \"WhatsApp\" heç vaxt təhlükəsiz olmayacaq?\" (ing. Why WhatsApp Will Never Be Secure) başlıqlı köşə yazısı dərc olunub. \"Telegram\" yaradıcısının bildirdiyinə görə, \"WhatsApp\" rəhbərliyi ekspertlərin istifadəçilərə qarşı olan etinasız münasibəti ifşa etməməsi üçün qeyri-şəffaf fəaliyyət göstərir.
\"Hər dəfə \"WhatsApp\" öz tətbiqində kritik həssaslığı aradan qaldıranda onun əvəzinə yenisi peyda olur. Onların təhlükəsizliklə bağlı bütün problemləri \"bekdorlar\" (back door - alqoritm nöqsanı) kimi işləyir\", - deyə Durov yazıb.