Ali təhsil ilə iş bazarı arasında uyğunsuzluq…TƏHSİL ESKPERTİNDƏN AÇIQLAMA
13 Dekabr 2025, 18:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
330
01.04.2025, 12:15
Hər il aprelin 1-nin ənənəvi olaraq Ümumdünya Gülüş Günü kimi qeyd olunur.
Oxu24.com xəbər verir ki, 1 apreldə bir-birini aldatmaq adətinin meydana gəlməsi haqqında müxtəlif versiyalar var.
Ən çox yayılmış versiyanın kökü gedib qədim Romaya çıxır. Romada təxminən 2000 il əvvəl hazırkı gülüş gününə oxşar bayramlar təşkil edilirmiş və bu bayramı ağılsızların günü adlandırırlarmış. Hər şey isə qapı qulluqçularından birinin imperator Konstantinə zarafatla gülüşün dövlətə onun özündən çox fayda verə biləcəyini deyəcək qədər ürəklənməsindən başlayıb. Konstantin ona söylədiklərini həyata keçirmək imkanı verib və xüsusi qərar çıxarıb ki, ilin bir günü Romanı zarafatcıl şəxs idarə etsin. Həmin tarixdə ölkənin hər yerində insanlar gülür və müxtəlif zarafatlar edirmişlər.
Təqvimin dəyişməsinə baxmayaraq, insanların bəzisi yeni ili köhnə qaydalarla qarşılamağa üstünlük verirdilər.
Əvvəllər Fransada yeni il bayramı məhz aprelin 1-də qeyd olunardı. Həmin gün insanlar bir-birlərini təbrik edər və hədiyyə olaraq təzə balıq göndərərdilər. Lakin XVI əsrdən etibarən kralın fərmanı ilə yeni il dekabrın 31-i - yanvarın 1-i günlərində bayram edilməyə başlamışdı. Lakin "Aprel balığı günü" də unudulmamışdı. Həmin gün fransızların gülüş gününə çevrilmişdi.
Qədim zamanlarda bir çox ölkələrdə ildə bir dəfə - məhz aprelin 1-də "İtaətsizlik bayramı" keçirilirdi. Həmin gün adamlar cəzasız olaraq öz hökmdarlarını lağa qoya, gündəlik davranış qaydalarını poza bilər, öz mənfi emosiyalarını "söndürə bilərdilər". Eyni zamanda, Səfehlər kralı və ya Zarafatlar kralı təyin edər, şənlənər, lətifələr söyləyərdilər. "Səfehlər Günü"ndə maska geyinmək qayda idi. Çünki belə etdikdə daha təhlükəsiz halda "xuliqanlıq etmək" mümkün idi.
Həmçinin oxuyun
Digər versiya isə Pasxa ilə əlaqədardır. Bildirilir ki, məhz aprelin 1-də müəyyən ölkələrdə Pasxadan öncəki dövr yaz bərabərliyinin başlanğıcı kimi anılıb. Deyilənə görə, insanlar yeni ilin ilk gününü şən zarafatlarla keçiriblər. Belə adamları ələ salır, onlara axmaq hədiyyələr verir, özlərini isə aprel axmaqları adlandırırdılar.
Rusiyada isə gülüş gününün tarixi I Pyotrun hakimiyyəti zamanına təsadüf edir. Həmin vaxt aprelin 1-də şəhər Peterburqda əvvəllər yanğın təhlükəsindən xəbər verən həyəcan siqnalı çalınıb. Hamının yerindən dik atılmasına baxmayaraq, bunun zarafatyana bir tədbir olduğu qeyd edilib.
Tezliklə bu ənənə bütün dünyada o cümlədən Azərbaycanda yayıldı. Düzdür bu gün hamı çalışır aldanmasın, amma yenə də aldananlar da olur.
Mətbuat da 1 apreldə zarafatsız keçinmir. Bəzi zarafat xarakterli dərc olunan xəbərlər güldürsə də, kimlərsə gülüş üçün yayımlanan xəbərlərə xeyli ciddi reaksiyalar verir. Bu tendensiya ən çox xarici KİV-də öz əksini tapır.
18:12 / 13 Dekabr 2025
24
18:02 / 13 Dekabr 2025
22
17:43 / 13 Dekabr 2025
506
17:09 / 13 Dekabr 2025
46
16:55 / 13 Dekabr 2025
206
15:58 / 13 Dekabr 2025
72
15:47 / 13 Dekabr 2025
65
15:39 / 13 Dekabr 2025
82
15:08 / 13 Dekabr 2025
2022
14:50 / 13 Dekabr 2025
77
14:38 / 13 Dekabr 2025
116
14:28 / 13 Dekabr 2025
107
14:22 / 13 Dekabr 2025
90
14:12 / 13 Dekabr 2025
299
13:14 / 13 Dekabr 2025
1630
13:07 / 13 Dekabr 2025
1151
12:58 / 13 Dekabr 2025
843
12:16 / 13 Dekabr 2025
1194
12:08 / 13 Dekabr 2025
137
11:44 / 13 Dekabr 2025
91
11:30 / 13 Dekabr 2025
113
11:09 / 13 Dekabr 2025
989
11:07 / 13 Dekabr 2025
451
10:25 / 13 Dekabr 2025
1194
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.