Qaynar xətt:

(+99450) 247 90 86

Yeni nömrə alanların işi çətinləşir - VACİB MƏQAM

Yeni nömrə alanların işi çətinləşir - VACİB MƏQAM

CƏMİYYƏT

854

12.05.2019, 12:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Azərbaycanda mobil operator və provayderlərin üzərinə yeni vəzifə qoyulur.
Trend bildirir ki, bununla bağlı məsələ \"Telekommunikasiya haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb. Qanunun 33-cü maddəsinə (Operatorların və provayderlərin vəzifələri) təklif edilən yeni bəndə əsasən, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı zamanı mobil nömrənin identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) sorğusuna real vaxt rejimində cavab vermək vəzifəsi müəyyən edilir.
Dəyişikliyin məzmunu ondan ibarətdir ki, kommersiya hüquqi şəxslərin qeydiyyatını bir pəncərə sistemi əsasında həyata keçirən Vergilər Nazirliyi sorğu verərkən mobil telefon operatorları məhdud məsuliyyətli cəmiyyətin və onun təsisçilərinin təqdim etdikləri mobil nömrələrin həmin şəxslərə məxsusluğu barədə məlumatı verməkdən imtina etməsin və bu məlumatı vermək operatorların vəzifələri sırasına daxil edilsin.