Ömürü qısaldan 4 qida
13 May 2025, 23:39
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
1090
21.02.2025, 17:19
Ali Məhkəmə yol-nəqliyyat hadisələrinə dair mübahisələr üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən qərar qəbul edib.
Ali Məhkəmədən bildirilib ki, işin hallarına görə, təqsirləndirilən şəxs 2020-ci il 2 may tarixində idarə etdiyi avtomobillə hərəkətdə olarkən, qarşıdan gələn digər avtomobillə toqquşub, nəticədə 3 şəxsin ölümünə səbəb olub.
Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü ilə şəxs barəsində Azərbaycan Respublikası CM-in 263.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən ona bəraət verilib.
Birinci instansiya məhkəməsinin qeyd edilən hökmündən dövlət ittihamçısı apellyasiya protesti verərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmünün ləğv edilməsini və cinayət qanununun müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş edib. Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmü ilə apellyasiya protesti təmin edilib, Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü verilmiş apelyasiya protestinə münasibətdə ləğv edilib, təqsirləndirilən şəxs CM-in 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub.
Apellyasiya instansiyası məhkəməsinin həmin hökmündən məhkum kassasiya şikayəti verib. Ali Məhkəmənin 15 fevral 2023-cü il tarixli qərarı ilə kassasiya şikayəti qismən təmin edilib, Şəki Apellyasiya Məhkəməsinin 14 iyun 2022-ci il tarixli hökmünün təqsirləndirilən şəxsin həbsə alınmasına dair müddəalar istisna olmaqla ləğv edilməsi, cinayət işinin yeni apellyasiya baxışına təyin edilməsi qərara alınıb. Şəki Apellyasiya Məhkəməsinin 22 avqust 2023-cü il tarixli qərarı ilə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməyib, Şəki Ağır Cinayətlər Məhkəməsinin 14 mart 2022-ci il tarixli hökmü apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.
Həmçinin oxuyun
Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından dövlət ittihamçısı kassasiya protesti verib. Kassasiya protestində qeyd edilib ki, şəxs ibtidai istintaq zamanı ifadəsində ona Azərbaycan Respublikasının CM-nin 263.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilsə də, məhkəmə istintaqında özünü müdafiə etmək, cinayət məsuliyyətindən və cəzadan yayınmaq məqsədi ilə ifadəsini dəyişib təqsirini inkar edib. Eləcə də, zərərçəkmiş şəxslər məhkəmə istintaqında ifadələrini dəyişib, ibtidai istintaq dövründə bildirdiklərindən fərqli ifadələri səsləndirməklə təqsirləndirilən şəxsin məsuliyyətdən kənar qalması üçün şərait yaradıb. Apellyasiya instansiyası məhkəməsi isə həmin ifadələrə əsaslanmaqla sonuncunun Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməkdə təqsirinin sübuta yetirilmədiyi qənaətinə gələrək ona həmin maddə ilə bəraət verib işin faktiki hallarına uyğun olmayan yanlış nəticəyə gəlib.
Şikayət üzrə Ali Məhkəmə qəbul etdiyi qərarında göstərib ki, Azərbaycan Respublikası CPM-nin 19.7 və 91.5.10-cu maddələrinə görə, təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı yardım göstərməyə borclu deyil, özünə qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüquqlarının sahibidir. Məhkəmə istintaqında müəyyən edilmiş yeni hal – təqsirlədirilən şəxsin məhkəmə araşdırması zamanı verdiyi, ibtidai istintaqda göstərdiklərindən fərqli olan ifadəsi ilə yanaşı, həmçinin, digər proses iştirakçılarının məhkəmə istintaqı dövründə bildirdikləri əsasında aşkar edilib. Cinayət prosessual qanunvericiliyinin təməl prinsiplərindən birini təşkil edən, insan hüquq və əsas azadlıqlarının məcmusuna daxil olan və CPM-nin 21.3-cü maddəsində əksini tapan təqsirsizlik prezumpsiyası prinsipi dayanır ki, həmin prinsipə görə cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. Cinayət-prosessual qanunvericiliyinin istinad edilən müddəalarından göründüyü kimi, təqsirləndirilən şəxs ifadə vermək hüququnun icra formasının seçilməsində tamamilə azaddır, qanunverici onun üzərinə bununla bağlı hər hansı məhdudiyyətin qoyulması halını müəyyən etmir, o cümlədən, müdafiə hüququnun səmərəli həyata keçirilməsi məqsədilə cinayət təqibinin istənilən mərhələsində özünə qarşı ifadə verməmək hüququ ilə ehtiva edilən ifadələrin dəyişməsinə imkan verir.
Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilərək, yeni sübutlar toplamalı, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir.
Təsvir edilənlərdən göründüyü kimi, bəraət almış şəxs cinayət təqibinin müxtəlif mərhələlərində verdiyi ifadələrindən məhz məhkəmə istintaqı dövründə bildirdiklərinə üstünlük verilməsinə dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaəti istər cinayət işinin müəyyən edilmiş digər halları, istərsə də vahid məhkəmə təcrübəsinin formalaşmasına yönəlmiş Ali Məhkəmənin tövsiyələrinə uyğun olub ki, həmin ifadələr həm ittiham tərəfində çıxış edən zərərçəkmiş şəxslər, həm də cinayət işinin nəticəsində hər hansı marağı olmayan kənar şəxsin şahidin ifadələri ilə təsdiqlənib.
Yekunda Ali Məhkəmənin qərarı ilə kassasiya protesti təmin edilməyib, apellyasiya instansiya məhkəməsinin qərarı kassasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılıb.
00:22 / 14 May 2025
Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - Canlı-Yenilənir
65
23:51 / 13 May 2025
İstanbulda zəlzələ oldu
96
23:39 / 13 May 2025
Ömürü qısaldan 4 qida
48
23:33 / 13 May 2025
Məcnun Məmmədov koronavirusa yoluxub
41
22:51 / 13 May 2025
Naxçıvanda avtomobil 4 nəfəri vurdu - FOTO
36
22:20 / 13 May 2025
Ramaldan danışıb ağladı - VİDEO
57
22:08 / 13 May 2025
Bu şəxslərə mənzil veriləcək
73
21:57 / 13 May 2025
Yeni direktor təyin edilib
55
21:53 / 13 May 2025
“Putin danışıqlarda iştirak edərsə, Tramp da İstanbula gedəcək” - ABŞ-nin xüsusi elçisi
89
21:49 / 13 May 2025
Bakıda qorxulu anlar: Maşının içərisinə ilan girdi,görün nələr oldu - VİDEO
612
21:45 / 13 May 2025
O masada Putin də olacaq?
79
21:22 / 13 May 2025
Həmin şəxs işdən çıxarıldı
70
21:15 / 13 May 2025
Bakıda evlər ucuzlaşacaq? - Rəsmi AÇIQLAMA
74
21:10 / 13 May 2025
Azərbaycanda bu veriliş Ginnesin Rekordlar Kitabına düşdü
100
20:55 / 13 May 2025
Xərçəng riskini artıran 10 qida
70
20:33 / 13 May 2025
Seyidlər və onların nəslindən olan şəxslər İslamda hansı mövqeyə sahibdir?
78
20:23 / 13 May 2025
İmmuniteti gücləndirən möcüzə – Qırmızı kələmin FAYDALARI
72
20:20 / 13 May 2025
Jalə Həsənlinin adından pul qazanan “oğlan” ifşa edildi
67
20:17 / 13 May 2025
Tramp Suriya prezidenti ilə görüşəcək
53
20:12 / 13 May 2025
FHN: Bu ilin ilk rübündə yanğınlar zamanı 16 nəfər həlak olub
61
19:59 / 13 May 2025
Qətər prezidenti Boeing ABŞ-da narahatlıq yaradır
64
19:51 / 13 May 2025
Qanunsuz aborta görə cəza sərtləşdirilir
76
19:48 / 13 May 2025
Rusiya rəsmən açıqladı: Ukrayna ilə əlaqə var
72
19:42 / 13 May 2025
İki vəzifəyə təyinat oldu - FOTOLAR
506
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.