Qaynar xətt:

(+99450) 247 90 86

FHN Gəncəyə texnika yeritdi

FHN Gəncəyə texnika yeritdi

CƏMİYYƏT

1579

11.05.2019, 13:08

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
\"\"  Mayın 10-dan başlayaraq Gəncə şəhərində yağan yağışlar nəticəsində şəhərin bəzi əraziləri yağış suları ilə dolub.
Oxu24.com -un  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yağışın törətdiyi fəsadların aradan qaldırılması üçün nazirliyin Gəncə Regional Mərkəzindən 30 nəfərdən ibarət canlı qüvvə və 14 motopompa, Dövlət Yanğından Mühafizə Xidmətindən 27 nəfərdən ibarət canlı qüvvə, 6 motopompa, 6 texnika cəlb olunub.
Suçəkmə işləri davam etdirilir.