Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi dünyasını dəyişib.
12 May 2025, 22:55
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
733
12.02.2025, 10:00
Həyatın elə yolları var ki, onları yalnız fədakar insanlar qət edə bilərlər. Müəllim olmaq təkcə bilik ötürmək deyil, həm də hər gün şagirdlərinin qəlbinə işıq salmaqdır. Bu, zəhmət, əzm və sevgi tələb edən bir yoldur. Mübariz Rüstəmov kimi müəllimlərin həyat yolu isə xüsusilə ilhamvericidir.
OXU24.COM "Azərbaycan Müəllimi"nə istinadən xəbər verir ki, o, 1966-cı ildə Zərdabın Ağabağı kəndində doğulub, ali təhsilini M.F.Axundov adına Rus dili və Ədəbiyyatı İnstitutunda alıb.
Bilik işığını ucqar kəndlərə daşımaq üçün Zərdab rayonunun ən ucqar kəndlərindən birində rus dili müəllimi kimi işə başlayıb, 1992-ci ildən isə İmişli rayonunun Ağamalılar kəndində çalışır. Burada onu hər gün bir sınaq gözləyir: məktəbə getmək üçün Kür çayını keçmək. Lakin Mübariz müəllim üçün bu, sadəcə fiziki maneə deyil. Bu çay onun fədakarlığının, iradəsinin və şagirdlərinə olan sevgisinin simvoludur.
"Təyinatımı Zərdabın ucqar kəndinə vermişdilər. Lakin sonradan öyrəndim ki, bizimlə qonşu olan İmişlinin Ağamalılar kəndində rus dili müəlliminə ehtiyac var, ona görə də iş yerimi bura dəyişdim. Bizim kəndin məktəbi ibtidai məktəbdir. Kəndimizin uşaqları ibtidai məktəbi bitirdikdən sonra bir qədər aralıda yerləşən Kəndəbil kənd tam orta məktəbinə gedirlər. Orada da iş təklif etmişdilər, lakin bir az aralıda olduğundan mənim üçün çayı keçmək daha rahatdır", - deyir Mübariz müəllim.
Hər səhər suların üzərindən keçib məktəbə tələsmək, bir sinif dolu gülərüz uşaqlara bilik vermək, onları sabaha ümidləndirmək - bu, yalnız əsl müəllimlərin bacardığı bir işdir. Mübariz müəllim bilirdi ki, o kimlərəsə lazımdır, kimlərinsə həyatına toxunur. Elə bu hiss də bütün çətinlikləri arxa plana keçirirdi.
Kənddə 2010-cu ilə qədər Kürü keçmək üçün bərə olub, lakin daşqın bərəni yuyub apardıqdan sonra yenidən bərpa etmək mümkün olmayıb. Lakin Mübariz müəllim deyir ki, bərə olan vaxtı da o, dərs deməyə qayıqla gedib-gəlirdi, çünki bərənin yeri uzaqda idi...
"Ata-babalarımız balıqçılıqla məşğul olub. Kənddə çox adamın qayığı var. Orada işi olan digər insanlar da qayıqla gedib-gəlirlər. Çayın hər iki tərəfi meşəlikdir. Mən bu meşəlikdən keçərək işə gedirəm. Qayığı özüm düzəltmişəm. Suda qalıb çürüdüyü üçün hər 3 ildən bir onu təzələyirəm. Əsasən küləkli havalarda dalğa olduğu üçün təhlükəli olur. Bəzən gedəndə görürəm ki, külək qayığı aşırıb, içi su ilə dolub. Məktəbimiz beşgünlükdür və mən hər gün dərsə gedib-gəlirəm. Artıq öyrəşmişəm, mənim üçün qorxulu deyil".
Mübariz müəllim daim öz üzərində çalışır, bilik və bacarıqlarını təkmilləşdirir. Deyir ki, şagirdlərə fənnini sevdirmək üçün daim yeniliklər axtarışındadır. O, ötən il müəllimlərin sertifikatlaşdırmasından da uğurla keçib. Lakin tədrislə bağlı çətinlikləri də var:
"Məktəbimizdə kompüter və printer olmadığı üçün müəyyən çətinlik yaşayırıq. Xüsusən summativləri hazırlamaq, çap etmək olmur. Bu baxımdan kömək olunsa, yaxşı olardı".
Mütaliə Mübariz müəllimin həyatının ayrılmaz hissəsidir. Dünya klassiklərinin əsərləri, xüsusilə Lev Tolstoyun "Anna Karenina" romanı onun dünyagörüşünə, həyat fəlsəfəsinə təsir edib. Axı böyük ədəbiyyat insanı formalaşdırır, ona dərin duyğular, düşüncə genişliyi və həyat dərsləri bəxş edir.
Bir müəllimin həyat yolu heç vaxt asan olmur. Lakin bu yolun sonunda parlayan bir işıq - şagirdlərinin qazandığı bilik, onların gələcək uğurları var. Mübariz Rüstəmovun ömrü də bu işığa doğru gedən, Kür çayının o tayından bu tayına keçib maarifin çırağını yandıran bir müəllimin şərəfli yoludur.
Həmçinin oxuyun
22:55 / 12 May 2025
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi dünyasını dəyişib.
1
22:33 / 12 May 2025
Metroda tibbi xidmət niyə yoxdur? - İki qurumdan sorğuya cavab
21
22:05 / 12 May 2025
Rusiya sürətlə Azərbaycanı itirir...
8
21:59 / 12 May 2025
Rektor təyin edilən Aqil Şirinov kimdir? - DOSYE
14
21:43 / 12 May 2025
Xanımı işsiz qoyan xəstəxana direktoru cəzalandırıldı
17
21:40 / 12 May 2025
Sumqayıtdan dəhşətli xəbər: İki nəfəri yaraladı
49
21:26 / 12 May 2025
Sabah Bakının bu ərazilərində qaz olmayacaq
27
21:20 / 12 May 2025
Böyük Britaniyanın Baş nazirinin evi yandı
23
21:16 / 12 May 2025
SON DƏQİQƏ! İşdən çıxarıldı
633
21:09 / 12 May 2025
Türkiyənin bəzi yerlərində karantin elan edildi
36
20:58 / 12 May 2025
Ən çox pul qazandıran 10 peşə - Bunları seçsəniz,pula pul demiyəsiniz
100
20:37 / 12 May 2025
İngiltərə baş nazirinin evi yanıb - Araşdırma başladı
30
20:32 / 12 May 2025
Bakıda iqlimlə bağlı daha bir tədbir keçiriləcək - Bu dəfə 5 gün
77
20:17 / 12 May 2025
Kadırov getmək istəmir
83
20:03 / 12 May 2025
Kəramət atası ilə şəklini paylaşıb bu sözləri yazdı
457
20:02 / 12 May 2025
Zelenski də bu fikri dəstəklədi
65
20:00 / 12 May 2025
Saleh Məmmədov əmr imzalayıb
141
19:54 / 12 May 2025
Rusiya səfiri Polşa polisini 9 May təxribatları zamanı fəaliyyətsizlikdə ittiham edir
40
19:48 / 12 May 2025
Marketin yanında meyiti tapılan qadın kimdir?
519
19:44 / 12 May 2025
Avropa Rusiyaya təzyiqləri artıracağına söz verib
39
19:41 / 12 May 2025
Həmas tərəfindən azad edilən amerikalı Qırmızı Xaça təhvil verilib
38
19:33 / 12 May 2025
İlham Əliyev Ərdoğanı təbrik etdi
238
19:31 / 12 May 2025
Meteohəssas insanları sabah nə gözləyir...
42
19:22 / 12 May 2025
Modi Pakistana hava zərbələrinin dayandırıldığını açıqlayıb
112
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.