Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
13014
az

Gündə 7 saatdan az yatsanız

20:1210 May, 2019
636
  • A
Aparılan araşdırmalar, xroniki olaraq yuxu problemi olanlarda qan dövranının zərər gördüyünü göstərdi.

Yuxunun gümrahlıq və sağlamlıqla bir əlaqəsi olduğunu zatən bilirik. Bilmədiyimiz şey isə, sağlamlığımızın üzərində yuxunun nə qədər böyük təsirinin olduğudur. Məsələn, görünüşcə əlaqəsiz olan kardioloji xəstəliklər ilə yuxunun necə bir əlaqəsi olduğu kimi mövzularda araşdırmalar aparılır.

Oxu24.com bildirir ki, Experimental Physiology adlı jurnalda nümayiş olunan bir məqalə, bu mövzuda maraqlı nəticələr ehtiva edir. Az yatmaq insanların ruh halına və akademik bacarıqlarına təsir edir. Araşdırmaya görə bu vəziyyətin bir başqa təsiri də ürək sağlamlığınadır. Nəticələrə görə gündə 7 saatdan az yatmaq 2-ci tip diabeti, piylənməni və yüksək qan təzyiqini yaradır. Bunların nəticəsində də ürək xəstəlikləri ortaya çıxır.

Araşdırmanı Kolorado Bolder Universitetindən Kris DeSouza idarə etdi. DeSouza, yuxu və ürək sağlamlığı arasında birbaşa bir əlaqə yaratdı.

Aspirant Cemi Hicmans ilə birlikdə işləyən DeSouza, kod ehtiva etməyən RNA molekullarından bəzilərinin yuxusuz qalınan vəziyyətlərdə azaldıqlarını müşahidə etdi. Qan hüceyrələrində olan bu mikro RNA-lar dövran sistemi üçün əhəmiyyətlidir. Hicmans bu barədə belə danışdı: "Bəzi xüsusi mikro RNA-ların dövran miqdarları, məsələn bizim araşdırdığımız mikro RNA-ların miqdarları kardioloji sağlamlıq və xəstəliklər üçün əhəmiyyətlidir".

İkilinin araşdırmalarına qatılan 24 orta yaşlı insan üzərində aparılan araşdırmalarda, faydalı mikro RNA-lardakı azalışın yuxuyla əlaqədar olduğu məlum olub. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Ürəkdə sancı, iynə, bıçaq batırma hissi– Səbəblər, müalicə
Kanada ağır şərtlər altında -Tramp başqa şan vermir
Azərbaycanda siyasi partiyanın baş katibi vəfat etdi - Foto

Hindistanın iki“dəli”yoqu

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Bu 10 qida xərçəngdən qoruyur - ALİMLƏR AÇIQLADI
Qusar meşələrində böyük əməliyyatla tutulanları- Hansı cəza gözləyir?