Qaynar xətt:

(+99450) 247 90 86

Meteohəssas insanlar çölə çıxmasın! -Hava ilə bağlı XƏBƏRDARLIQ

2019-05/1557479896_hava.jpg

CƏMİYYƏT

649

10.05.2019, 13:18

\"\"  Mayın 11-də Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, gecə intensiv olacağı, şimşək çaxacağı ehtimalı var. Hava gündüz dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu24.com-a bildirilib ki, havanın temperaturu gecə 14-16, gündüz 19-23, Bakıda gecə 15-17, gündüz 20-22 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 757 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq. Azərbaycanın rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı gözlənilir. Şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntı tədricən kəsiləcək. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 5-10, gündüz 10-15 dərəcə isti təşkil edəcək. Tibbi-meteorolji proqnoz: Mayın 11-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və əsasən rütubətli hava şəraiti gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.