Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12979
az

Cəmi 4 ərzaqdan vitaminli salat - Hazırlanma qaydası

00:0110 May, 2019
690
CƏMİYYƏT
  • A
Yerkökü salatı Türkiyə mətbəxində çox rast gəlinir.  Qarşıdan istilər gəlir. Ona görə sərinləşdirici xüsusiyyəti olan salat sizə xüsusi ləzzət verəcək.

Oxu24.com medicina.az-a istinadən salatın asan başa gələn reseptini təqdim edir.

Ərzaqlar

•8 ədəd yerkökü
•5 xörək qaşığı zeytun yağı
•Təxminən 2 stəkan qatıq
•4 diş sarımsaq
•Duz
•Doğranmış şüyüd- bəzəmək üçün (mütləq deyil)

Hazırlanması

1.Yerkökülərin qabığını soyun və sürtkəcin iri gözündən keçirin.
2.Tavada zeytun yağını qızdırın. .
3.Yerkökünü yağa əlavə edib, tez-tez qarışdıraraq yerkökülər yumuşalanadək təxminən 10 dəqiqə bişirin. Yerkökülər bir qədər diri qalmalıdırlar. Təamı soyuması üçün kənara qoyun.

4.Sarımsağı əzin. Bir qabda qatıqla sarımsağı qarışdırın və soyumuş yerköküyə əlavə edin.
5. Zövqə görə duz vurun və yaxşıca qarışdırın.
6.Lazımdırsa, bir az da qatıq qatın - salat quru olmamalıdır.
7.Salatı bir az soyuducuda saxlayın.

8.Süfrəyə verməzdən əvvəl, istəyə görə üzərinə şüyüd səpə bilərsiniz. Hətda nanə də. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI


Siqaret çəkmək haramdır? - AÇIQLAMA
"ChatGPT" bütün dünyada sıradan çıxdı
Polis Abşeronda əməliyyat keçirdi: 11 nəfər saxlanıldı

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Goranboyda 57 yaşlı kişi özünü asdı