Qaynar xətt:

(+99450) 247 90 86

Gəmidəki yanğında xəsarət almış şəxslərin son vəziyyəti - "Nəfəs boruları yanıb"

2019-05/1557412642_1557405610_1556388369.xeste-1556386143.jpg

CƏMİYYƏT

657

09.05.2019, 18:37

\"\"  Xəzər dənizində \"Saipem\" şirkəti tərəfindən əməliyyat işləri aparan \"İsrafil Hüseynov\" borudüzən gəmisində baş verən yanğın nəticəsində Mərkəzi Neftçilər Xəstəxanasına gətirilən xəstələrdən 7 nəfərin vəziyyəti ağır olaraq qalır.
Oxu24.com -un məlumatına görə, bunu xəstəxananın reanimotoloqu Aybəniz Nəbiyeva deyib. Onun sözlərinə görə, hazırda reanimasiyada olan həmin 7 nəfərdən 3-nün vəziyyəti daha kritikdir: \"3 nəfərin bədəninin 40 faizi və nəfəs boruları yanıb. Vəziyyəti kritik olanların 3-ü də xarici ölkə vətəndaşlarıdır. Digər xəstələrin isə vəziyyəti orta ağırdır. Xəstələrin bəzilərinin vəziyyəti normal olandan sonra evə buraxıla bilər\". Qeyd edək ki, ötən gün təqribən saat 18:30 radələrində \"Saipem\" şirkəti tərəfindən əməliyyat işləri aparan \"İsrafil Hüseynov\" borudüzən gəmisində yanğın baş verib. Yanğın zamanı 14 nəfər müxtəlif dərəcəli yanğın xəsarətləri alıb, yaralılar Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onlardan 1-i evə buraxılıb, qalan 13 nəfərdən 7-si reanimasiya şöbəsinə, 6 nəfər isə xəstəxananın cərrahiyyə şöbəsinə yerləşdirilib.