Qaynar xətt:

(+99450) 247 90 86

Nazirlik nümayəndəsi popkorn satan gənclə bağlı MƏLUMAT YAYDI

2019-05/1557402060_1530917685_cesaret_104-1-753x445-753x4452.jpg

CƏMİYYƏT

872

09.05.2019, 15:42

\"\"  \"Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə popkorn satan həmin gənci tapdıq\".
Oxu24.com xəbər verir ki, bu haqda Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdiri Cəsarət Valehov öz \"Facebook\" səhifəsində yazıb: \"\" \"Bir neçə gündür Azneft Meydanının yaxınlığındakı keçiddə popkorn satan gənclə bağlı geniş müzakirələr aparılır. Təhsil Nazirliyi rəhbərliyinin tapşırığı ilə həmin gənci tapdıq. Deməli, Seyfullayev İsrafil Vüqar oğlu 2002-ci ilin noyabrında Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. 17 yaşı var. 2017- ci ildə IX - cu sinfi, icbari təhsil mərhələsini bitirib. Hazırda təhsil almır, Binəqədidə yaşayır. Əmək Məcələsi 15 yaşından sonra işləmək hüququ verir. İsrafilin arzusuna uyğun olaraq peşə məktəbinə qəbul olunması üçün ona təklif ediləcək\".