Deputat Rasim Müsabeyovun Azneft dairəsin yerləşən keçiddə popkoron satan gənci həmin ərazidən uzaqlaşdırması ilə bağlı xəbər yayılıb.
Oxu24.com xəbər verir ki, prodüser Tolik (Tarix Əliyev) sosial şəbəkə hesabından deputatı sərt şəkildə tənqid edib.
Prodüser deputatı qeyri-insani davranışına görə tənqid edib: "Bu millət vəkilin heç tanımıram. Heç bilmirəm millət üçün nə edib. Onu keçiddə popkorn satan uşaq narahat edibsə, bu uşağa başqa yerdə iş verərdi. Bu Ramazan ayında kiminsə çörəyinə bais oldun. İnşallah bu axırıncı millət vəkili statusun olar. Gələn seçkilərdə səs verənlər bir daha öz seçdiyi namizədin ürəyini və nə işlər gördüyünün şahidi olarlar. Ayıb olsun. Bu insanların qayğısına yalnız preident İlham Əliyev və Mehriban Əliyeva yanır."
Tolik həmin gəncə dəstək olacağını da bildirib: "O uşağı kim tanıyırsa mənə desin. Mən ona iş tapmağında kömək olacam. Tapa bilməsə ona əlimdən gələn yardımı edəcəm."
Oxu24.com
ŞƏRHLƏR