Əmr imzalandı: Eldar Mahmudovun qohumu vəzifəyə gətirildi
15 Dekabr 2025, 12:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
911
30.01.2025, 15:57
Bakı metrosunun “Həzi Aslanov” stansiyasının baxış, xidmət, qulluq, kiçikhəcmli təmir işləri, bir yoldan digərinə keçirilməsi və gecələməsi üçün nəzərdə tutulmuş dalanında əsaslı təmir və yenidənqurma işlərinə hazırlıq başlanılıb.
Oxu24.com xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb.
Bildirilib ki, metropolitenin aidiyyəti xidmətləri dalan yollarında təmizləmə işlərini həyata keçiriblər: “Burada təmas relsi, yoldəyişdirici qurğular, yol yataqları, elektrik naqilləri, rabitə xətləri, ventilyasiya sistemləri, təhlükəsizlik kameraları sökülərək podratçı şirkətin işlərə start verməsinə münbit zəmin yaradılıb. Təmir və yenidənqurma işləri ilə məşğul olan şirkət, öz növbəsində, müayinə və təhlillər aparıb. Şirkət tərəfindən yol betonunun söküntüsü təmin edilib. Qrunt və qrunt sularından analizlər götürülüb, nəticələr müəyyənləşdirildikdən sonra müvafiq tikinti meydançası yaratmaq üçün metal konstruksiyalar quraşdırılıb.
Qeyd edim ki, dalan və dalan yolları istismar dövrünün qeyri-əlverişli hidrogeoloji şəraiti səbəbindən yararsız hala düşüb, tunelin konstruktiv elementlərinə ciddi mənfi təsirlər göstərib. Davamlı təsirlər nəticəsində yan və orta divarlarda erroziya intensiv xarakter alıb, blok və örtük panellərində mühafizə qatının betonu qopub və işçi armaturlar korroziyaya uğrayıb”.
Qeyd edilib ki, təmir işləri 6 mərhələdə aparılacaq: “Bu zaman mövcud təsərrüfat demontaj ediləcək, dalan qurğusu və konstruksiyalar söküləcək. Müvəqqəti metal çərçivələrdən istifadə olunmaqla örtük tavası gücləndiriləcək. Dalan yollarının divar bloklarında və panellərdə aqressiv qrunt sularının və ağır geoloji şəraitdə erroziyanın təsirləri aradan qaldırılaraq, beton bloklar, divarlar, sərt özül betonu, dalan qurğusu, konstruksiyalar, yolun üstquruluş elementləri layihə əsasında yenidən qurulacaq.
Həmçinin oxuyun
Görüləcək işlər çərçivəsində infrastrukturla bağlı bütün sahələr yenilənəcək. Bu zaman enerji təsərrüfatı, habelə dalan yollarının elektrik təchizatı və avadanlıqlar müasirləşdiriləcək. Rabitə, işarəvermə, videomüşahidə, kommunikasiya, ünvanlı yanğın siqnalizasiya, su, kanalizasiya, havalandırma və digər sistemlər yenidən qurulacaq.
Yenidənqurma çərçivəsində dalan yolları ən müasir texnologiyalar üzrə yenidən qurulacaq. Layihəyə əsasən, dalan yolları dəmir-beton bloklar üzərində, yoldəyişdirici qurğular isə dəmir-beton monolit özül üzərində quraşdırılacaq”.


13:00 / 15 Dekabr 2025
165
12:42 / 15 Dekabr 2025
424
12:36 / 15 Dekabr 2025
27
11:45 / 15 Dekabr 2025
67
11:43 / 15 Dekabr 2025
44
11:11 / 15 Dekabr 2025
82
10:38 / 15 Dekabr 2025
218
10:34 / 15 Dekabr 2025
54
10:30 / 15 Dekabr 2025
60
10:15 / 15 Dekabr 2025
60
10:04 / 15 Dekabr 2025
83
09:43 / 15 Dekabr 2025
748
09:40 / 15 Dekabr 2025
57
09:38 / 15 Dekabr 2025
74
09:36 / 15 Dekabr 2025
70
09:11 / 15 Dekabr 2025
70
09:02 / 15 Dekabr 2025
657
08:48 / 15 Dekabr 2025
50
08:31 / 15 Dekabr 2025
519
23:58 / 14 Dekabr 2025
307
23:35 / 14 Dekabr 2025
139
22:57 / 14 Dekabr 2025
143
22:24 / 14 Dekabr 2025
458
21:54 / 14 Dekabr 2025
173
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.