Əmr imzalandı: Eldar Mahmudovun qohumu vəzifəyə gətirildi
15 Dekabr 2025, 12:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1218
29.01.2025, 23:59
İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Səbinə Əliyeva yanvarın 29-da Azərbaycanda keçirilmiş bələdiyyə seçkilərində aparılmış müşahidələr barədə mediaya açıqlama verib.
Ombudsman Aparatının mətbuat xidmətindən OXU24.COM -a verilən məlumata görə, Səbinə Əliyeva seçkilər zamanı müşahidələrin bütün ölkə üzrə yaradılmış seçki məntəqələrində aparıldığını, təşkil olunmuş məntəqələrdə vətəndaşların seçki hüquqlarının həyata keçirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş lazımi şəraitin yaradıldığının müşahidə edildiyini bildirib.
Müvəkkil açıqlamada əvvəlki illərdəki müsbət təcrübə nəzərə alınaraq, Ombudsman təsisatının və Naxçıvan Muxtar Respublikasının Ombudsman Aparatının ümumilikdə 72 nəfər əməkdaşının bələdiyyə seçkilərində müşahidəçi qismində respublika üzrə 101 seçki dairəsinin 708 seçki məntəqəsində - Bakıda və ölkəmizin digər 37 şəhər-rayonunda, həmçinin muxtar respublikada müstəqil olaraq, özlərinin təşəbbüsləri ilə müşahidələr apardıqlarını deyib.
Müşahidələr, həmçinin Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində və 16 penitensiar müəssisədə təşkil olunmuş seçki məntəqələrində də həyata keçirilib.
Eyni zamanda, müşahidələr zamanı ombudsmanın məntəqə seçki komissiyalarının üzvləri, müşahidəçilər və seçicilərlə bilavasitə görüşdüyü, səsvermə prosesi ilə bağlı onların rəylərini öyrəndiyi qeyd edilib. Hüquq pozuntusu halları və hər hansı bir dövlət qurumunun, o cümlədən icra hakimiyyəti orqanının nümayəndələri, polis əməkdaşları tərəfindən müdaxilənin müşahidə olunmadığı da diqqətə çatdırılıb.
Həmçinin oxuyun
Açıqlamada seçki günü seçki hüquqlarının pozulması ilə bağlı ombudsmanın ünvanına hər hansı bir şikayət və müraciətin daxil olmadığı, müşahidələrin nəticəsi kimi bələdiyyə seçkilərinin əhalinin yüksək fəallığı şəraitində, demokratik, azad, şəffaf, ədalətli, seçki qanunvericiliyi və beynəlxalq standartlarla müəyyən edilmiş qaydada, nizam-intizamla keçirildiyi bildirilib.
Seçkilər ərəfəsində həyata keçirilmiş fəaliyyət barədə də məlumat verən müvəkkil seçkilərin təyin olunması haqqında qərarın rəsmi elan edildiyi gündən başlayaraq, yerlərdə seçki təbliğatının aparılması üçün müəyyənləşdirilən açıq və qapalı yerlərdə müşahidələrin aparıldığını, vətəndaşların seçki hüququnun təmini, seçki qanunvericiliyinin tələblərinin icrası vəziyyətinin dəyərləndirildiyini vurğulayıb.
Açıqlamanın yekununda bələdiyyə seçkilərində vətəndaşların təməl hüququ olan seçki hüququnun qanunvericiliyə müvafiq şəkildə təmin edildiyi diqqətə çatdırılıb.
14:19 / 15 Dekabr 2025
135
14:13 / 15 Dekabr 2025
90
14:11 / 15 Dekabr 2025
24
13:00 / 15 Dekabr 2025
628
12:42 / 15 Dekabr 2025
833
12:36 / 15 Dekabr 2025
47
11:45 / 15 Dekabr 2025
107
11:43 / 15 Dekabr 2025
58
11:11 / 15 Dekabr 2025
121
10:38 / 15 Dekabr 2025
244
10:34 / 15 Dekabr 2025
67
10:30 / 15 Dekabr 2025
73
10:15 / 15 Dekabr 2025
77
10:04 / 15 Dekabr 2025
98
09:43 / 15 Dekabr 2025
798
09:40 / 15 Dekabr 2025
70
09:38 / 15 Dekabr 2025
87
09:36 / 15 Dekabr 2025
83
09:11 / 15 Dekabr 2025
79
09:02 / 15 Dekabr 2025
716
08:48 / 15 Dekabr 2025
60
08:31 / 15 Dekabr 2025
569
23:58 / 14 Dekabr 2025
320
23:35 / 14 Dekabr 2025
149
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.