Əmr imzalandı: Eldar Mahmudovun qohumu vəzifəyə gətirildi
15 Dekabr 2025, 12:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
818
28.01.2025, 12:27
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Şabran rayonunda yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə tədbir keçirib.
FHN-dən verilən məlumata görə, bu çərçivədə Şabranda yerləşən “Vüsal petrol” yanacaqdoldurma məntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki:
- obyektdə mövcud olan avtomatik yanğınxəbərverici siqnalizasiya sistemi işlək vəziyyətdə deyil, yanğın su hovuzu istifadəyə yararsızdır;
- obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, mövcud olan odsöndürən balonların tərkibi yenisi ilə əvəz olunmayıb;
- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
Həmçinin oxuyun
- obyektdə mövcud olan ildırımötürücünün sazlığı barədə mütəxəssis aktı tərtib olunmayıb;
- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Şabran şəhərində yerləşən “Vüsal petrol” yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.
13:00 / 15 Dekabr 2025
165
12:42 / 15 Dekabr 2025
424
12:36 / 15 Dekabr 2025
27
11:45 / 15 Dekabr 2025
67
11:43 / 15 Dekabr 2025
44
11:11 / 15 Dekabr 2025
82
10:38 / 15 Dekabr 2025
218
10:34 / 15 Dekabr 2025
54
10:30 / 15 Dekabr 2025
60
10:15 / 15 Dekabr 2025
60
10:04 / 15 Dekabr 2025
83
09:43 / 15 Dekabr 2025
748
09:40 / 15 Dekabr 2025
57
09:38 / 15 Dekabr 2025
74
09:36 / 15 Dekabr 2025
70
09:11 / 15 Dekabr 2025
70
09:02 / 15 Dekabr 2025
657
08:48 / 15 Dekabr 2025
50
08:31 / 15 Dekabr 2025
519
23:58 / 14 Dekabr 2025
307
23:35 / 14 Dekabr 2025
139
22:57 / 14 Dekabr 2025
143
22:24 / 14 Dekabr 2025
458
21:54 / 14 Dekabr 2025
173
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.