Əmr imzalandı: Eldar Mahmudovun qohumu vəzifəyə gətirildi
15 Dekabr 2025, 12:42
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
732
28.01.2025, 09:50
Son zamanlar tez-tez eşitdiyimiz, uşaqların "gələcək peşə"olaraq arzuladığı "İnfluenser" sözü yəqin ki, artıq heç kəsə yad deyil. Sosial media kanallarında insanların rəyinə, izləyicilərinin alış-veriş qərarlarına təsir edən şəxsə influenser deyilir.
Belə ki, son illərdə sosial mediadan istifadə edənlərin sayının sürətlə artması, maraqlı peşələrindən biri olan influenserlik sahəsinin genişlənməsinə səbəb olub. Instagram, "TikTok", "YouTube", "LinkedIn", "Facebook", "Telegram" və digərlərindən. Kimisi şəxsi inkişaf, kimisi özünü nümayiş, kimisi satış və s. istifadə məqsədindən asılı olmayaraq, orta və xüsusilə gənc nəsil influenserlərin auditoriyasının əsas alıcı kütləsini təşkil edir.
İnfluenserlik öz gündəlik həyatını insanlara nümayiş etdirməklə, daima insanları mövzuları ilə maraqda saxlamaqla böyük izləyici kütləsi toplayaraq davam etdirilən sahədir. Bu sahənin qısa vaxtda daha çox gəlir gətirməsi və rəngarəng həyat tərzi yaşamağı tələb etməsi bir çoxlarının marağına səbəb olur. Hətta maraqlısı da budur ki, universitet yenicə bitirmiş çox sayda gənc, müxtəlif peşə sahibkarları da öz istiqamətlərini ya tamamilə influenserlik yoluna dəyişir, ya da parallel aparırlar.
İşin çətin və yorucu tərəfləri də var. Daima baxımlı qalmaq, şəxsi həyatı sərgiləmək, diqqət çəkməyə çalışmaq, sosial qınaq ilə mübarizə aparmaq, fərqlilik və imzalı iş yaratmağın özü yetərincə əmək tələb edən işdir.
Qeyd etməsək olmaz, ölkəmizdə onların gücü ilə tibbi və sosial yardımların sayı çoxalıb. Güvənirlik və etibar qazanan influenserlərimizin paylaşımları sayəsində çox sayda maddi problem yaşayan ailənin, uşaqlar evinin, kimsəsizlər ocağının sakinlərinin üzü təbəssümlə dolur.
Bu sferada "Makro", "Mikro", "Nano" influenserlər.
Bu terminlər influenserlərin auditoriyasının ölçü vahidi kimi istifadə olunur.
Həmçinin oxuyun
"Meqa" 1 milyondan çox izləyicisi olan;
"Makro" 100 mindən, 1 milyonadək izləyiciyə sahib;
"Mikro" 10 mindən, 100 minədək;
"Nano" isə mindən 10 minədək izləyicisi olan influenserə deyilir.
İnsanların 90%-i influenserləri brend tanınmasına ciddi təsir edir. Günümüzdə əksər marketoloqlar kommunikasiya zamanı mikro influenserləri çox tanınmış influenserlərdən daha effektiv hesab edir. Səbəbi isə kiçik auditoriyası olan influenserlərlə niş kütləyə çıxmaq şanslarının olmasıdır.
Bu da, o deməkdir ki, sosial media platformalarının birində öz şəxsi hobbinizi, kifayət qədər yaxşı bildiyiniz sahəni, həyat tərzinizi, mətbəxinizi, və s. Bölüşərək influenser olmağa, bu sahədən pul qazanmağa gözləmədən başlamalısınız
İlk addımlarınızı influencer.az ilə atmağa nə deyirsiniz? influencer.az brendlər ilə influenserləri birləşdirən Azərbaycanın ilk onlayn axtarış platformasıdır. Minimum 1000 izləyiciniz varsa, ilkin olaraq, platformadan qeydiyyatdan keçməklə, işə başlayın. Bu sizə şirkətlərin layihələrinə uyğun influenser axtarışı etdiyi zaman, siyahıda kəşf olunmağınızın ilk qığılcımı olacaq!
13:00 / 15 Dekabr 2025
165
12:42 / 15 Dekabr 2025
424
12:36 / 15 Dekabr 2025
27
11:45 / 15 Dekabr 2025
67
11:43 / 15 Dekabr 2025
44
11:11 / 15 Dekabr 2025
82
10:38 / 15 Dekabr 2025
218
10:34 / 15 Dekabr 2025
54
10:30 / 15 Dekabr 2025
60
10:15 / 15 Dekabr 2025
60
10:04 / 15 Dekabr 2025
83
09:43 / 15 Dekabr 2025
748
09:40 / 15 Dekabr 2025
57
09:38 / 15 Dekabr 2025
74
09:36 / 15 Dekabr 2025
70
09:11 / 15 Dekabr 2025
70
09:02 / 15 Dekabr 2025
657
08:48 / 15 Dekabr 2025
50
08:31 / 15 Dekabr 2025
519
23:58 / 14 Dekabr 2025
307
23:35 / 14 Dekabr 2025
139
22:57 / 14 Dekabr 2025
143
22:24 / 14 Dekabr 2025
458
21:54 / 14 Dekabr 2025
173
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.