Şüurlu TƏNHALIQ: İnsanlar getdikcə niyə subay qalmağı seçir?
26 Avqust 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
875
27.01.2025, 23:59
00:07
OXU24.COM -un məlumatına görə, 24 yaşlı A.Kərimova və 54 yaşlı T.Əskərova işdən gələrkən onları avtomobil vurub. Məlum olub ki, onları vuran şəxs bir gün əvvəl elçilikdə rədd cavabı alan Araz adlı şəxsdir.
Ailə başçısı Bəhərçin Kərimov baş verən hadisə ilə bağlı təfərrüatı bölüşüb:
"Elçi gəlmişdilər, qızı vermədik. Növbəti gün uşaqlar işdən gələndə maşınla qəsdən vurub. Elçilikdə rədd cavabı aldığı üçün belə bir addım atıb. Onlar bizim ailəyə uyğun olmadıqları üçün qızı vermədik.
Bundan əvvəl də dəfələrlə qız qaçırıb. Kirayə məsələsi vardı. Ailə üzvlərimizə ev lazım idi. Dedilər gəlin, boş evimizdə qalın. Gedib qaldıq. Qızı vermədik deyə dava saldılar, həmin evdən də çıxardılar.
Hadisə arvadım və qızım işdən gələndə olub. Yolda rastlaşıblar, maşını üstlərinə sürüb, qızı vuranda həyat yoldaşım övladımı yan tərəfə itələyib ki, ciddi xəsarət almasın.
Bununla da kifayətlənməyib, avtomobili arxaya sürüb arvadımı da vurub. Bu adam cəzalandırılmalıdır".
Xaçmaz rayon Mərkəzi Xəstəxanasının həkimi Mehdi Həsənov zərərçəkənlərin aldığı xəsarətlərdən həyati təhlükəsi olmadığını bildirib:
"Yol nəqliyyat hadisəsi nəticəsində Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Bölməsinə 2 nəfər xəstə daxil olub, ana və qızı. Qadının çanaq nayihəsi əzilib, qızında isə, sağ tərəfdən bel nayihəsi əzilib. Xəstələrə müvafiq tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıb. Məsələyə Xaçmaz Rayon Polis Şöbəsində hüquqi qiymət veriləcək".
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Xəyal Talıbov bildirib ki, məsələ ilə bağlı Xaçmaz rayon Polis Şöbəsinə məlumat daxil olub:
"Hadisə ilə bağlı ekspertiza təyin edilib. Hazırda araşdırma aparılır". (Shimal.News)
-------------
07:38
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi zamanı ana və qızı xəsarət alıb.
OXU24.COM məlumat verir ki, 2001-ci il təvəllüdlü A.Kərimova və onun anası 1971-ci il təvəllüdlü T.Əskərova işdən gələrkən onları Araz adlı şəxs maşınla vurub.
Yaralıların bildirdiyinə görə, Araz adlı şəxs bir neçə gün əvvəl onlara elçi gəlib və yox cavabı aldığına görə qəsdən bu hadisəni törədib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.
21:07 / 26 Avqust 2026
4
20:47 / 26 Avqust 2026
53
20:21 / 26 Avqust 2026
63
20:00 / 26 Avqust 2026
62
19:29 / 26 Avqust 2026
56
19:16 / 26 Avqust 2026
68
18:58 / 26 Avqust 2026
70
18:47 / 26 Avqust 2026
78
18:19 / 26 Avqust 2026
69
18:04 / 26 Avqust 2026
87
17:56 / 26 Avqust 2026
91
17:43 / 26 Avqust 2026
94
17:40 / 26 Avqust 2026
81
17:20 / 26 Avqust 2026
90
16:59 / 26 Avqust 2026
82
16:45 / 26 Avqust 2026
89
16:30 / 26 Avqust 2026
89
16:14 / 26 Avqust 2026
88
15:59 / 26 Avqust 2026
87
15:40 / 26 Avqust 2026
101
15:17 / 26 Avqust 2026
95
15:12 / 26 Avqust 2026
1078
14:59 / 26 Avqust 2026
101
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.