Şüurlu TƏNHALIQ: İnsanlar getdikcə niyə subay qalmağı seçir?
26 Avqust 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
746
27.01.2025, 18:34
“Araz” supermarketlər şəbəkəsi “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” mükafatına layiq görülüb
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ekoloji maarifləndirmə sahəsində ən yaxşı tərəfdaş” nominasiyasında mükafata layiq görülüb. Şirkət 2024-cü ildə ekologiya və təbiətin mühafizəsi sahəsində həyata keçirdiyi layihələrə görə seçilənlərdən olub.
Mükafat ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev tərəfindən “Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri Rəşad İbrahimova təqdim olunub. Mükafatlandırılma mərasimində çıxış edən M.Babayev bildirib ki, “Araz” supermarketlər şəbəkəsi nazirliklə sıx əməkdaşlıq edən, həyata keçirilən layihələrdə fəal iştirak edən ən yaxşı tərəfdaşlardan biridir. O, şirkətin təbiətin qorunması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirdiyi layihələri yüksək qiymətləndirib.

“Araz” supermarketlər şəbəkəsinin İdarə Heyətinin sədri R. İbrahimov 2024-cü ilin ən yaxşı tərəfdaşlarının mükafatlandırılma mərasimində iştirak etməkdən, həmçinin bu mükafata layiq görülməkdən məmnun olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, “Araz” supermarketlər şəbəkəsi ətraf mühitin mühafizəsi, ekologiyanın qorunması istiqamətində mütəmadi layihələr həyata keçirir. Xüsusilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, həmçinin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - “COP29”un ölkəmizdə keçirilməsini nəzərə alaraq bu sahədə həyata keçirilən tədbirləri daha da genişləndirib.
“Araz” “Təbiəti qorumaq mənim əlimdədir” şüarı altında ağacəkmə və təmizlik aksiyaları, ekoçantalardan istifadənin təşviqi layihələri, batareyaların, plastik və şüşə butulkaların toplanılıb təhvil verilməsi, uşaqlar arasında maarifləndirmə layihələri, müsabiqələr, eləcə də digər tədbirlərlə bu sahəyə töhfə verib.

21:07 / 26 Avqust 2026
41
20:47 / 26 Avqust 2026
62
20:21 / 26 Avqust 2026
70
20:00 / 26 Avqust 2026
66
19:29 / 26 Avqust 2026
58
19:16 / 26 Avqust 2026
74
18:58 / 26 Avqust 2026
74
18:47 / 26 Avqust 2026
80
18:19 / 26 Avqust 2026
69
18:04 / 26 Avqust 2026
89
17:56 / 26 Avqust 2026
92
17:43 / 26 Avqust 2026
94
17:40 / 26 Avqust 2026
82
17:20 / 26 Avqust 2026
93
16:59 / 26 Avqust 2026
84
16:45 / 26 Avqust 2026
89
16:30 / 26 Avqust 2026
89
16:14 / 26 Avqust 2026
88
15:59 / 26 Avqust 2026
88
15:40 / 26 Avqust 2026
102
15:17 / 26 Avqust 2026
95
15:12 / 26 Avqust 2026
1083
14:59 / 26 Avqust 2026
103
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.