Şüurlu TƏNHALIQ: İnsanlar getdikcə niyə subay qalmağı seçir?
26 Avqust 2026, 21:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1036
27.01.2025, 14:29
Yanvarın 26-da sərnişinlərin qanunsuz hərəkəti Azərbaycan Dəmir Yollarının Ağstafa–Bakı qatarının mənzil başına gec çatması və digər sərnişinlərin ciddi narahatlığına səbəb olub.
Oxu24.com xəbər verir ki, ötən gün saat 17:58-də Gəncə stansiyasında yoxlama məntəqəsində sərnişinlərin qeydiyyatı bitdikdən sonra 2 nəfər sərnişin biletləri təsdiqlənmədən və şəxsiyyətlərini təsdiq edən sənədləri yoxlanılmadan ADY əməkdaşlarına müqavimət göstərərək kənardan keçməyə cəhd göstərib. Onların qatardan düşməkdən imtina etməsi və gediş qaydalarını pozması nəticəsində qatar Bakıya 53 dəqiqə gecikmə ilə çatib
Həmin sərnişinlər Bakı Dəmiryol Vağzalında qatardan düşərkən polis əməkdaşları tərəfindən bölməyə aparılaraq barələrində inzibati protokol tərtib olunub.
Qeyd edək ki, “Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat”a əsasən, ADY-nin rayonlararası istiqamətlərə hərəkət edən sərnişin qatarlarına minik zamanı stansiyalarda quraşdırılmış yoxlama məntəqəsində sərnişinin gediş sənədi (bilet), gediş sənədinin rəsmiləşdirilməsində istifadə olunan şəxsiyyəti təsdiq edən sənədin əsli, eləcə də əl yükünün çəkisinin və ölçülərinin (qabarit) müəyyən edilmiş qaydalara uyğunluğu yoxlanılır. Bundan başqa Nazirlər Kabinetinin təsdiq etdiyi “Dəmiryol nəqliyyatı ilə sərnişinlərin, baqajın və yük-baqajın daşınması Qaydaları”nın 3.9.1. bəndinə uyğun olaraq qatara minik zamanı və ya yol gedərkən gediş qaydalarını pozan sərnişinlər polis tərəfindən qatardan düşürülə bilər, həmçinin 3.31.10. bəndinə uyğun olaraq sərnişinlər tərəfindən vaqon bələdçisinin və qatarın digər işçilərin işinə maneçilik törədilməsinə yol verilməməlidir.
Sərnişin məmnuniyyətinin, eləcə də xidmət keyfiyyətinin artırılmasına, sərnişinlərin mənzil başına rahat və təhlükəsiz çatdırılmasına xüsusi diqqət yetirən ADY vətəndaşları “Ümumi istifadədə olan dəmiryol stansiyalarında, vağzallarda sərnişinlərin platformalara keçidi və qatarlara miniyinin təşkili barədə Təlimat” riayət etməklə qatarın hərəkətə başlamasından 1 saat öncə yoxlama məntəqələrində qeydiyyatdan keçməyə və qatarın hərəkətinə mane olacaq davranışlardan çəkinməyə çağırır.
21:53 / 26 Avqust 2026
26
21:07 / 26 Avqust 2026
55
20:47 / 26 Avqust 2026
68
20:21 / 26 Avqust 2026
76
20:00 / 26 Avqust 2026
70
19:29 / 26 Avqust 2026
61
19:16 / 26 Avqust 2026
76
18:58 / 26 Avqust 2026
78
18:47 / 26 Avqust 2026
90
18:19 / 26 Avqust 2026
70
18:04 / 26 Avqust 2026
91
17:56 / 26 Avqust 2026
92
17:43 / 26 Avqust 2026
96
17:40 / 26 Avqust 2026
82
17:20 / 26 Avqust 2026
95
16:59 / 26 Avqust 2026
84
16:45 / 26 Avqust 2026
90
16:30 / 26 Avqust 2026
90
16:14 / 26 Avqust 2026
89
15:59 / 26 Avqust 2026
90
15:40 / 26 Avqust 2026
102
15:17 / 26 Avqust 2026
95
15:12 / 26 Avqust 2026
1089
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.