Ucarda yol qəzasında 3 nəfər xəsarət alıb
20 Noyabr 2026, 12:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
661
26.01.2025, 17:39
Wi-Fi şəbəkələrinin geniş istifadəsi, eyni zamanda, təhlükəsizlik məsələlərini də gündəmə gətirir. Bir çox insanlar evdə, ofisdə və ictimai məkanlarda internetə qoşularkən kiberhücum riski ilə üzləşə bilər. Xüsusilə gecə saatlarında Wi-Fi şəbəkəsinin aktiv qalması ilə bağlı ortaya çıxan narahatlıqlar geniş müzakirə mövzusudur.
OXU24.COM xəbər verir ki, informasiya təhlükəsizliyi üzrə mütəxəssis Asif Rzayev məsələ ilə bağlı bir sıra nüansları “Yeni Sabah”la bölüşüb:
“Wi-Fi şəbəkəsi açıq olduqda, xüsusilə zəif şifrələmə və ya standart parol istifadə edilirsə, kiberinayətkarlar bu şəbəkəni hədəfə ala bilərlər. Gecələr istifadə az olduğundan şəbəkə hücum üçün daha asan hədəf ola bilər”.
Ekspert gecə bu riskin niyə daha yüksək ola biləcəyini də açıqlayıb:
“Gecə saatlarında şəbəkə istifadəçiləri aktiv olmadıqda, şübhəli fəaliyyətləri dərhal aşkar etmək çətin ola bilər. Wi-Fi şəbəkəmiz düzgün konfiqurasiya olunubsa (güclü şifrələmə, dayanıqlı parol və müntəzəm yeniləmələr) gecə onu açıq saxlamaq ciddi risk yaratmır”.
A.Rzayev Wi-Fi şəbəkələrində kiberhücumdan qorunmaq üçün bəzi tövsiyələr verib:
“Wi-Fi şəbəkəniz üçün WPA3 (və ya ən azı WPA2) şifrələməsini aktiv edin. WEP kimi köhnə şifrələmə metodlarından istifadə etməyin.
Asan tapılan və ya standart parollardan istifadə etməyin. Şəbəkəniz üçün unikal, uzun və mürəkkəb parol təyin edin.
SSID (şəbəkə adını) yayımını söndürməklə şəbəkəni gizli edə bilərik. Bu, şəbəkəni hədəfə almağı çətinləşdirə bilər.
Yalnız icazə verilmiş cihazların şəbəkəyə qoşulmasına imkan verən MAC ünvan filtirləmə funksiyasını aktiv edə bilərik.
Router üzərində daxili firewall funksiyasını aktivləşdirə bilərik”.
12:11 / 20 Noyabr 2026
27
11:43 / 20 Noyabr 2026
75
11:42 / 20 Noyabr 2026
140
11:36 / 20 Noyabr 2026
67
11:20 / 20 Noyabr 2026
98
11:05 / 20 Noyabr 2026
77
11:03 / 20 Noyabr 2026
95
11:01 / 20 Noyabr 2026
91
10:49 / 20 Noyabr 2026
121
10:40 / 20 Noyabr 2026
92
10:20 / 20 Noyabr 2026
101
10:20 / 20 Noyabr 2026
93
10:16 / 20 Noyabr 2026
105
10:10 / 20 Noyabr 2026
151
10:10 / 20 Noyabr 2026
96
10:03 / 20 Noyabr 2026
360
10:00 / 20 Noyabr 2026
158
10:00 / 20 Noyabr 2026
132
09:51 / 20 Noyabr 2026
107
09:46 / 20 Noyabr 2026
116
09:41 / 20 Noyabr 2026
117
09:34 / 20 Noyabr 2026
135
09:31 / 20 Noyabr 2026
991
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.