Ucarda yol qəzasında 3 nəfər xəsarət alıb
20 Noyabr 2026, 12:11
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
447
26.01.2025, 11:15
Həkimlər və dietoloqlar ürək və damar sağlamlığına müsbət təsir edən məhsulları araşdırmağa davam edir.
OXU24.COM xəbər verir ki, bu dəfə mütəxəssislər ürək-damar xəstəlikləri riskini azaltmağa və ümumi sağlamlığı yaxşılaşdırmağa kömək edən salatı müəyyənləşdiriblər..
Söhbət avokado və qoz-fındıqdan ibarət salatdan gedir. Bu iki inqrediyent, "pis" xolesterinin səviyyəsini azaltmağa və damarların divarlarını möhkəmləndirməyə kömək edən faydalı yağların güclü mənbəyidir. Avokado təkcə ürək əzələsinin normal fəaliyyətinə vacib olan mono-doymamış yağlar, E vitamini və kaliumla zəngin deyil, həm də iltihab əleyhinə təsir göstərir. Qoz-fındıq isə tərkibindəki omega-3 yağ turşuları ilə orqanizmdə iltihabi proseslərə qarşı mübarizə aparır və ürək-damar sisteminin sağlamlığını dəstəkləyir.
Salata əlavə olaraq yarpaqlı göyərti (məsələn, ispanaq və ya rukola) əlavə etmək olar. Bu göyərtilər antioksidantlarla və liflə zəngindir, bu isə həzmi yaxşılaşdırır və hüceyrələri oksidləşmə stresindən qoruyur. Salatın üzərinə zeytun yağı tökmək tövsiyə olunur. Çünki o, həm faydalı yağlar, həm də antioksidant xüsusiyyətləri ilə seçilir.
Dietoloqlar bu salatı həftədə ən azı iki dəfə yeməyi məsləhət görür. Onu mütəmadi olaraq menyuya daxil etmək infarkt və insult riskini əhəmiyyətli dərəcədə azalda, xolesterin səviyyəsini yaxşılaşdıra və qan təzyiqini normada saxlamağa kömək edə bilər.
Beləliklə, avokado, qoz-fındıq və göyərtidən hazırlanan sadə və əlçatan salat ürək sağlamlığına qayğı göstərənlər üçün effektiv profilaktik tədbir ola bilər. Bu salatı menyunuza əlavə edin və fərqi hiss edin!
12:11 / 20 Noyabr 2026
27
11:43 / 20 Noyabr 2026
75
11:42 / 20 Noyabr 2026
140
11:36 / 20 Noyabr 2026
67
11:20 / 20 Noyabr 2026
98
11:05 / 20 Noyabr 2026
77
11:03 / 20 Noyabr 2026
95
11:01 / 20 Noyabr 2026
91
10:49 / 20 Noyabr 2026
121
10:40 / 20 Noyabr 2026
92
10:20 / 20 Noyabr 2026
101
10:20 / 20 Noyabr 2026
93
10:16 / 20 Noyabr 2026
105
10:10 / 20 Noyabr 2026
151
10:10 / 20 Noyabr 2026
96
10:03 / 20 Noyabr 2026
360
10:00 / 20 Noyabr 2026
158
10:00 / 20 Noyabr 2026
132
09:51 / 20 Noyabr 2026
107
09:46 / 20 Noyabr 2026
116
09:41 / 20 Noyabr 2026
117
09:34 / 20 Noyabr 2026
135
09:31 / 20 Noyabr 2026
991
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.