39 yaşlı tibb bacısı vəfat etdi
08 May 2025, 17:29
Qaynar xətt:
(+99450) 247 90 86CƏMİYYƏT
757
26.01.2025, 09:30
Bu gün Azərbaycan Ordusunun həyata keçirdiyi, lakin uğursuzluqla nəticələnən Daşaltı əməliyyatından 33 il ötür.
OXU24.COM xatırladır ki, əməliyyat Şuşanın Daşaltı kəndinin erməni işğalından azad olunması məqsədilə aparılıb və 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edib.
Əməliyyatın keçirilməsi üçün Şıxov taborundan 200 nəfər ayrılıb. Yanvarın 25-dən 26-na keçən gecə başlanan əməliyyata sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik edib. Əməliyyatın birinci planı taqımın Nəbilər kəndi vasitəsilə keçərək Qızılqaya hündürlüyünə qalxaraq, oradan Daşaltıdan Sığnaxa aparan yolu kəsmək, ikinci plan Daşaltıdan Şuşakəndə aparan yolu kəsmək olub. Əməliyyat zamanı hava şəraitinin sərtliyi, hərbi əlaqənin pis təşkil edilməsi, əməliyyat sirrinin yayılması və bələdçilərin xəyanəti uğursuzluğa səbəb olub.
Daşaltıya daxil olan tagım ermənilərin pusqusuna düşüb. Digər tağımlar da itki verərək geri çəkiliblər. Azərbaycan Ordusu uğursuz əməliyyatda 100-ə yaxın itki verib, Müdafiə Nazirliyinin Kəşfiyyat Bölüyünün rəis müavini olan polkovnik-leytenant Riad Əhmədov isə itkin düşüb. Onun taleyindən bu günədək heç bir məlumat yoxdur. Ermənilər də xeyli itki verib, əməliyyat zamanı düşmənin 80 döyüşçüsü məhv edilib.
Qeyd edək ki, 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatları nəticəsində Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlar, o cümlədən Daşaltı kəndi azad olunub.
2020-ci ilin noyabrın 9-da Şanlı Azərbaycan Ordusu 1991-ci ildən etibarən erməni silahlı dəstələrinin nəzarəti altında olan Daşaltı kəndini işğaldan azad edib. Bununla da 28 ildən sonra "Daşaltı əməliyyatı"nın qisası alınıb.
Həmçinin oxuyun
Azad olunandan sonra bir vaxtlar işğal altında saxlanılan Azərbaycan torpaqlarında kütləvi məzarlıqlar aşkarlanıb. Bu məzarlıqlardan biri də 2021-ci ilin fevralın 17-də Daşaltı kəndi ərazisində aşkar edilib və oradan 7 nəfərə məxsus meyit qalıqları çıxarılaraq götürülüb.
Daşaltı kəndi ərazisində aşkar edilmiş əlləri və ayaqları bağlı vəziyyətdə güllələnmiş şəxslərə məxsus kütləvi qəbirlərin ermənilər tərəfindən törədilmiş hərbi cinayətlərin birbaşa sübutudur
18:05 / 08 May 2025
Rusiya və Çin Şimali Koreyaya qarşı sanksiyaları ləğv etməyə çağırıblar
1
17:59 / 08 May 2025
Rusiya və ABŞ Avropaya qaz nəqlinin bərpasını müzakirə edirlər
1
17:58 / 08 May 2025
Rusiya və Çin ABŞ-ın “Qızıl Qübbə”yə qarşı
4
17:53 / 08 May 2025
Bill Qeyts bütün sərvətini xeyriyyəçiliyə bağışlayacaq
6
17:40 / 08 May 2025
SON DƏQİQƏ! DTX Şəhriyarı tutdu
282
17:29 / 08 May 2025
39 yaşlı tibb bacısı vəfat etdi
21
17:26 / 08 May 2025
Husilər İsrail hava limanlarını təhdid edir
14
17:17 / 08 May 2025
Hazırda Azərbaycanda kütləvi yayılan hansı virusdur? - Bu əlamətlər varsa...
31
17:15 / 08 May 2025
İlham Əliyev bu rayona 5 milyon manat ayırdı
406
17:15 / 08 May 2025
Fikrət Qocanın 90 illik yubileyi qeyd olunacaq
24
17:08 / 08 May 2025
Diva ADA Universitetinə 20 minlik geyimlə getdi — FOTOLAR
33
17:05 / 08 May 2025
Prezidentdən fərdi təqaüdlə bağlı sərəncam
29
16:44 / 08 May 2025
Prezident məşhurlarla bağlı sərəncam imzaladı: Siyahıda kimlərin adı var?
857
16:44 / 08 May 2025
Ukrayna Silahlı Qüvvələri cavab atəşi ilə bağlı əmr alıb
26
16:23 / 08 May 2025
Bakının bu ərazilərində SÖKÜNTÜ BAŞLAYIR: Əhaliyə XƏBƏRDARLIQ
267
16:22 / 08 May 2025
Gürcüstan diplomatlarına Estoniyaya daxil olmaq üçün viza lazımdır
34
16:07 / 08 May 2025
202 minə ev alıb, liftdən istifadə edə bilmir
40
16:03 / 08 May 2025
Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasını əks etdirən videomaterial nümayiş etdirilib
41
15:30 / 08 May 2025
Tramp Baydeni rüsvay etməyə hazırlaşır
36
15:28 / 08 May 2025
Gəncədə 27 yaşlı kişi hündürlükdən yıxılaraq ölüb
101
15:16 / 08 May 2025
Bakıda HİV viruslu xəstələr niyə əməliyyat olunmur? — Tanınmış həkimlərin “yox” cavabının məsuliyyəti (ARAŞDIRMA)
2607
15:14 / 08 May 2025
4 nəfər xaricdən tutulub gətirildi
1227
15:12 / 08 May 2025
İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb
95
15:08 / 08 May 2025
Tramp tarixi hadisəni elan etdi
105
© 2025 Oxu24.com Müəllif hüquqları qorunur.