Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12885
az

Evlərin sənədləşdirilməsi ilə bağlı SON VƏZİYYƏT

21:5407 May, 2019
562
  • A
 "Evlərin sənədləşdirilməsi ilə bağlı prosedur davam etdirilir".

Bunu  açıqlamasında Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov bildirib.

Onun sözlərinə görə, sənədləşdirmə prosesi çərçivəsində vətəndaşlar arasında maarifləndirmə işləri aparılır:

“Prezidentin imzaladığı fərmanda qurumumuz son instansiyadır. Yəni, sənədləşdirilməmiş evlərin istismara icazə aktları müvafiq dövlət qurumları tərəfindən hazırlandıqdan sonra Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə göndərilir. Biz isə vətəndaşlardan sənədləri toplayıb, operativ şəkildə çıxarışları veririk".

Komitə rəsmisi onu da qeyd edib ki, prosedurun son tarixi hələ ki, məlum deyil. Bu, müvafiq qurumların işlərinin bitməsindən asılıdır.

Qeyd edək ki, prezident İlham Əliyev Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına həsr olunan iclasda vaxtilə tikilmiş, ancaq istismara qəbul edilməmiş mənzillərin sənədləşməsi prosesinin başladığını bildirmişdi. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Kolbasada ət əvəzinə toyuq başı istifadə ediblər - Nazirlik yeni siyahı yaydı
Hər kəsin evində olan bu üç əşya təhlükə saçır - Ciddi XƏBƏRDARLIQ
Müəllimlərin sertifikasiyası hələ də gecikir

Titikaka gölü haqda maraqlı FAKTLAR

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Ölüb-dirilən şəxsin danışdıqları şok etdi - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Onların da sertifikatı ləğv olundu- Foto
Əziz Əliyev küçəsində qaydaları belə pozdular- Foto