Sabah Azərbaycanda hava necə olacaq?
20 Noyabr 2026, 12:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
598
24.01.2025, 17:00
Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əhaliyə poçt xidmətlərinin göstərilməsi davam etdirilir.
Oxu24.com xəbər verir ki, “Azərpoçt” MMC növbəti poçt məntəqəsini Şuşa şəhərində açıb. AZ5800 indeksli poçt filialı Şuşa şəhəri Zəfər küçəsində yerləşən Dövlət Xidmətləri Mərkəzinin daxilində fəaliyyət göstərəcək.
Belə ki, poçt məntəqəsində universal poçt xidmətləri (məktub, teleqram və bağlama göndərişləri), maliyyə yığımları və karqo xidmətləri təşkil olunacaq.
Poçt filialının iş rejimi bazar ertəsi – şənbə günləri saat 09:00 – 17:00 aralığında, bazar günləri isə 09:00 – 16:00 aralığında müəyyən edilib.
Qeyd edək ki, Qarabağ iqtisadi rayonuna daxil olan Hadrutda Poçt şöbəsi 2020-ci, Xankəndi Poçt filialı isə 2024-cü ildə istifadəyə verilib. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cocuq Mərcanlıda 2020-ci ildə Poçt şöbəsi yaradılıb, 2022-ci ildə isə Zəngilan rayonunun Ağalı kəndində poçt xidmətlərinin təşkili təmin olunub.
Poçt xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün vətəndaşlar azerpost.az veb-saytını ziyarət edə və ya “169” Çağrı mərkəzi ilə əlaqə qura bilərlər.
12:52 / 20 Noyabr 2026
1
12:50 / 20 Noyabr 2026
14
12:48 / 20 Noyabr 2026
26
12:47 / 20 Noyabr 2026
34
12:37 / 20 Noyabr 2026
46
12:30 / 20 Noyabr 2026
51
12:23 / 20 Noyabr 2026
153
12:11 / 20 Noyabr 2026
65
11:43 / 20 Noyabr 2026
88
11:42 / 20 Noyabr 2026
175
11:36 / 20 Noyabr 2026
84
11:20 / 20 Noyabr 2026
113
11:05 / 20 Noyabr 2026
86
11:03 / 20 Noyabr 2026
104
11:01 / 20 Noyabr 2026
100
10:49 / 20 Noyabr 2026
130
10:40 / 20 Noyabr 2026
100
10:20 / 20 Noyabr 2026
108
10:20 / 20 Noyabr 2026
100
10:16 / 20 Noyabr 2026
117
10:10 / 20 Noyabr 2026
177
10:10 / 20 Noyabr 2026
110
10:03 / 20 Noyabr 2026
415
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.