İqtisadçıdan əhalini narahat edən sualla bağlı ŞAD XƏBƏR
20 Aprel 2026, 12:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
615
22.01.2025, 11:48
Valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil üzrə təminatları dəyişir.
Oxu24.com xəbər verir ki, bu, "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qüvvədə olan qanuna əsasən, valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil müəssisələrini bitirdikləri zaman müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada mövsümi paltar və ayaqqabı, habelə respublika üzrə orta əmək haqqının iki mislindən az olmamaqla birdəfəlik pul vəsaiti ilə təmin olunurlar.
Həmçinin oxuyun
Layihəyə əsasən, təminat müəyyənləşdirilən məbləğdə birdəfəlik müavinət formasında olacaq. Başqa sözlə, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər ümumi təhsil, peşə təhsili, orta ixtisas təhsili və ali təhsil müəssisələrini bitirdikləri zaman onlara müvafiq təhsil müəssisəsi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə birdəfəlik müavinət ödəniləcək.
Birdəfəlik pul vəsaitinin ödənilməsi zamanı respublika üzrə orta əmək haqqının hansı dövr üçün hesablanması qeyd edilməyib. Təcrübədən məlum olduğu kimi orta əmək haqqı aylar və illər üzrə dəyişir. Eyni zamanda mövcud vəziyyətdə nəzərdə tutulmuş normativlər üzrə paltar və ayaqqabıların sözügedən kateqoriyadan olan şəxslərin tələbatına, bunların əvəzinə verilən pul kompensasiyasının isə qeyd olunan mövsümi geyim məhsullarının orta bazar qiymətinə adekvat olmaması bu təminat növlərinin praktiki cəhətdən aktual olmamasını şərtləndirir.
Qeyd olunanlara əsasən, daha effektiv sosial təminat prinsipinin tətbiq edilməsi, qanunvericilikdə olan qeyri müəyyənliyin aradan qaldırılması, birdəfəlik pul vəsaitinin konkret məbləğdə ödənilməsi və bununla da vətəndaş məmnunluğunun artırılması məqsədilə qanunda müvafiq dəyişiklik edilməsi ilə bağlı sözügedən layihə hazırlanıb.
13:08 / 20 Aprel 2026
18
13:06 / 20 Aprel 2026
24
13:03 / 20 Aprel 2026
21
12:57 / 20 Aprel 2026
60
12:55 / 20 Aprel 2026
26
12:48 / 20 Aprel 2026
132
12:34 / 20 Aprel 2026
557
12:32 / 20 Aprel 2026
52
12:30 / 20 Aprel 2026
44
12:20 / 20 Aprel 2026
35
12:17 / 20 Aprel 2026
366
12:12 / 20 Aprel 2026
37
12:08 / 20 Aprel 2026
112
12:06 / 20 Aprel 2026
45
12:04 / 20 Aprel 2026
43
11:52 / 20 Aprel 2026
104
11:48 / 20 Aprel 2026
43
11:45 / 20 Aprel 2026
38
11:42 / 20 Aprel 2026
39
11:39 / 20 Aprel 2026
43
11:34 / 20 Aprel 2026
344
11:23 / 20 Aprel 2026
41
11:17 / 20 Aprel 2026
639
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.