Qaynar xətt:

(+99450) 247 90 86

“ANS tam bəraət aldı” - AÇILACAQ?

2019-05/1557142831_1557138435_modern.az_1550219978_ns_728.jpg

CƏMİYYƏT

1306

06.05.2019, 15:39

\"\"  \"Ramazan ayının başladığı bu mübarək gündə bir şad xəbəri də bölüşmək istəyirəm. Bir müddət əvvəl Azərbaycan Respublikasının Baş Prokurorluğundan 3 ilə yaxın gözlədiyimiz ANS-ə tam bəraət qazandıran məktub aldıq”.
Bunu ANS Yayım və Media Şirkətinin prezidenti Vahid Mustafayev bildirib. \"Məktubda deyilir ki, 2016-ci ilin iyul ayında qardaş Türkiyədə dövlət çevrilişinə cəhdlə bağlı Azərbaycanda aparılan təhqiqatlarda ANS Yayım və Media Şirkətinin hər hansı günahının olmadığı tam sübuta yetirildi! Bu o deməkdir ki, ANS Türkiyə və Azərbaycan Xalqı və Dövləti, daim bizə etimad göstərən olkəmizin Prezidenti və daim bizi qoruyan Allah qarşısında təmiz və üzüağ olduğumuzu isbat etdi! Çingiz demişkən: \"Heç kim və heç nə unudulmayacaq!\"”, - Vahid Mustafayev vurğulayıb.