Qaynar xətt:

(+99450) 247 90 86

Asteroid istiqamətini dəyişdi, planetimizə doğru gəlir - Böyük təhlükə

2019-05/1556992782_21-57-36-1556989900_photo_58721.jpg

CƏMİYYƏT

1540

04.05.2019, 22:02

\"\" Astronomlar və NASA əməkdaşları yeni təhlükə barədə məlumat veriblər.
Oxu24.com  Ölkə.az-a istinadən xəbər verir ki, planetimizə böyük sürətlə nəhəng asteroid yaxınlaşır. Bu asteroid Tunqus meteoritindən 10 dəfə böyükdür.
Səma cismi 2007-ci ildə alimlər tərəfindən kəşf edilib və uzunluğu 340 metrdir. Asteroid \"2007 FT3\" adlandırılıb. Amma səma cismi planetimiz üçün heç bir təhlükə kəsb etmirdi.
Amma bir neçə gün əvvəl sözügedən səma cismi uçuş kursunu dəyişib və sürətini artırıb. Hazırda bu asteroid Yerə doğru yaxınlaşır. Bunun niyə baş verdiyini heç kəs bilmir. Təhlükə isə çox böyükdür. Əgər \"2007 FT3\" asteroidi planetimizlə toqquşsa, nəticə 100 milyon müasir nüvə bombasının partlamasına bərabər olacaq. Belə bir hadisə milyonlarla il əvvəl baş verib və dinozavrlar dünyası məhv olub.
Astrofiziklərin proqnozuna əsasən, əgər heç bir dəyişiklik olmasa, asteroid bu ilin 3 oktyabr tarixində planetimizlə toqquşacaq.