Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12749
az

Əhaliyə ŞAD XƏBƏR: "Pensiya və maaşlar yenə artırılacaq"

14:5804 May, 2019
1105
CƏMİYYƏT
  • A
Oxu24.com-un  məlumatına görə, baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini – İcra katibi Əli Əhmədov ATV telekanalına eksklüziv müsahibə verib.

Sədr müavini son zamanlar ictimayyətin əsas müzakirə obyektlərindən biri olan Avropa Birliyi – Azərbaycan münasibətlərinə toxundu. Əli Əhmədov bildirdi ki, bu əməkdaşlıq müstəqil dövlət olan Azərbaycanın maraqları çərçivəsindədir və  bu istənilən əməkdaşlıqda ən vacib amildir.

Azərbaycanın istənilə qurumlarla, təşkilatlarla, beynəlxalq qurumlarla əməkdaşlığı hər şeydən əvvəl Azərbaycanın müstəqilliyinin ifadəsi və Azərbaycanın milli maraqlarının qorunması əsasında olacaqdır. Azərbaycan bu çərçivədə istənilən qurumlarla, o cümlədən AB ilə əməkdaşlıq edir.  Bu proses başa çatdıqdan sonra, saziş imzalandıqdan sonra Azərbaycanın AB ilə əməkdaşlığı reallaşacaqdır və bundan irəli gələn vəzifələr ardıcıl sürətdə həyata keçiriləcəkdir.

2019-cu ilin əvvəllərindən etibarən dərinləşən struktur və sosial islahatlardan danışan baş nazirin müavini qeyd etdi ki, Prezident İlham Əliyevin elan etdiyi islahatlar davamlı olacaq, həmçinin müvafiq sərəncamların əhatə dairəsindən kənarda qalan vətəndaşlar da mütəmadi olaraq öz həyatlarının yaxşılaşdırılması yönündə atılacaq addımların şahidi olacaq.

İkinci bir tərəfdən isə Azərbaycan dövlətinin imkanlarının artmasına uyğun şəkildə yeni maaşların, pensiyaların, müavinətlərin artırlmasıyla bağlı sərəncamlar imzalanacaqdır. Bu prezidentin həyata keçirdiyi siyasətin mahiyyətindən irəli gəlir və uzun sürən davamlı xətt olaraq reallaşacaqdır. Bizim hədəfimiz, bizim məqsədimiz Azərbaycan vətəndaşının rifahını, yaşayış səviyyəsini gündəngünə yaxşılaşdırmaq və hər il daha yüksək səviyəyə qaldırmaqdan ibarətdir.

Əli Əhmədov  keçmiş səhiyyə naziri Əli İnsanovun  "Amerikanın Səsi"nə verdiyi müsahibəyə də münasibət bildirdi.

Əli İnsanov vaxtılə Azərbaycan iqtidarında təmsil olunarkən, 10 ildən çox bugünkü Azərbaycan iqtidarında nazir vəzifəsində işləyərkən, həm Azərbaycan iqtidarını bəlağətli şəkildə tərifləyərdi, digər tərəfdən isə müxalifətə ən ağır sözlərlə təhqirlər yağdırardı. İndi zaman keçibdi, Əli insanovun sifəti 180 % dəyişibdi. O vaxtılə təmsil olunduğu və Azərbaycanın bugünündə çox böyük dəyişiklikləri yaratmış, Azərbaycan iqtidarını heç bir əsas olmadan, böhtan ataraq, şər ataraq, tənqid edir.

Əli Əhmədov bildirdi ki, Əli İnsanov işğalı Azərbaycanın bugünkü iqtidarı ilə əlaqələndirməklə tarixi reallıqları ciddi şəkildə təhrif edir.  Azərbaycanlılara qarşı ermənilərin təcavüzləri əsrin əvvəllərindən başlayıb. 1905-07 ci illərdə təcavüzlər edilib, soyqırımları törədilib. Azərbaycan torpaqlarının 20%-i işğal edilən dövrdə isə Azərbaycanın bugünkü iqtidarı hakimiyyətdə təmsil olunmayıb. Əli Əhmədov keçmiş səhiyyə naziri Əli İnsanovun yeni müxalif siyasi partiya yaradacağı ilə bağlı açıqlamasına da mövqe bildirdi:

"Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti İlham Əliyevi dəstəkliyir. Çox kiçik sayda insanlar var ki, çoxlu sayda müxalif partiyaları dəstəkləyirlər. Bu çox azsayda insanlardı. Əli İnsanovu dəstəkləyən bir sosial baza qalmayıb. Əli İnsanov axı kimə arxalanır? Ona kim inanacaq? Kim bunun arxasınca gedəcək? Əli İnsanov dünənki müsahibəsində açıq şəkildə Qərbə reverans elədiyini gördünüz. O açıq şəkildə özünü qərbə xidmət etməyə hazır olduğunu bəyan elədi və erməni lobbisinin onu dəstəkləyəcəyinə ümid edərək ermənilərin də haqqında ermənilərin könlündən olan sözləri işlətdi"

Bundan əlavə Əli Əhmədov bildirdi ki, Əli İnsanovun ətrafına vaxtılə müxalifəti təhqir edən biri kimi müxalif düşüncəli insanların toplaşacağı da heç bir halda inandırıcı görünmür.

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəm qazı daha bir nəfərin həyatına SON QOYDU
"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu