Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12707
az

Azərbaycanda it və pişiklərin sayı artıb

16:5603 May, 2019
667
CƏMİYYƏT
  • A
 
"Azərbaycanda itlərin və pişiklərin populyasiyalarının artımı müşahidə edilir. Dünya təcrübəsində itlər və yaxud da pişiklərin populyasiyalarını azaltmaq üçün müvafiq tədbirlər görülür. Onlar sterilizasiya olunaraq peyvəndlənir. Bu prosesin nəticəsində həmin heyvanlar nəsil artırma funksiyasını itirir və təbii olaraq ölürlər".

Oxu24.com  xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlığın təşkili və monitorinqi şöbəsinin müdiri Asəf Ömərov Ekologiya və Təbii Sərvətlər Nazirliyində bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycanda ötən il 250 min vaksin alınmışdısa, bu il 270 min vaksin sifariş verilib: "Vətəndaşın həyatı təhlükədədirsə, o, bu zaman özünü müdafiə etmək hüququna malikdir. Heyvanlar hücuma keçirsə, bu, o deməkdir ki, qırmızı xətti keçiblər. İlk olaraq, xəstəliyin artması deyəndə bunu əvvəlki illərlə müqayisə etmək lazımdır. Dünya təcrübəsinə görə heyvanların 70-75 faizi peyvənd olunarsa, bu artıq xəstəliyin qarşısını alır”.

Şöbə müdirinin sözlərinə görə, quduzluq xəstəliklərinə qarşı tədbirlərdən biri də oral vaksinasiyadır: “Kənd Təsərrüfatı Nazirliyi bunun üzərində çalışır. Oral vaksinasiyanın həm müsbət, həm də mənfi tərəfləri var. Ona görə də bunu əvvəlcədən qiymətləndirmək lazımdır. Bunun müsbət tərəfi odur ki, vəhşi təbiətdə quduzluq xəstəliyi nəzarətdə saxlanılır. Oral vaksinasiya canavarlar üçün effektli deyil, çünki canavarlar qidaları çeynəmədən birbaşa udurlar. Tülkülər isə çeynəyirlər deyə dişləri vasitəsilə vaksinasiya edirlər və bu da hər bir halda xəstəliyin vəhşi təbiətdə qarşısını alır. Hazırda oral vaksinasiya yoxdur, çünki olanda da qış mövsümündə olur. Qış mövsümündə heyvanlar daha ac olur. Oral vaksinasiya helikopterlər vasitəsilə qar yağan vaxtı həyata keçirilir”. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Rəsmi Bakı Barroyanın anti-Azərbaycan iddialarını RƏDD ETDİ
Daşaltı əməliyyatından 33 il ötür
Salyan heyvasının sağlamlığa hansı faydaları var? -VİDEO

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
Futbolçu oyunda vuruldu - VİDEO
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Göldə 40 yaşlı kişinin meyiti tapıldı