Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycana qış qayıdır - Havalar kəskin dəyişir

Azərbaycana qış qayıdır - Havalar kəskin dəyişir

CƏMİYYƏT

1845

03.05.2019, 16:14

\"\"  Mayın 4-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Əsasən gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Oxu24.com -un  məlimatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatında deyilir.
Havanın temperaturu Abşeron yarımadasında gecə 13-16, gündüz 19-24, Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 750 mm civə sütunundan 758 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Mayın 4-də şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 12-17, gündüz 23-28, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti təşkil edəcək. Abşeron yarımadasında arabir güclənən şimal-qərb küləyi fonunda ötən günlə müqayisədə temperaturun aşağı enəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda diskomfort  hissi yarada bilər.