Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12598
az

İşığa qoyulan limitlə bağlı açıqlama

09:5601 May, 2019
1028
CƏMİYYƏT
  • A
 
Azərbaycanda qaza tətbiq olunan limitin artırılmasından sonra elektrik enerjisinə qoyulan limitin artırılması məsələsi gündəmə gəlib.

Məsələ ilə bağlı "Azərişıq” ASC-dən bildirilib ki, bu məsələ Tarif Şurasından asılıdır. ""Azərişıq” icraedici orqandır . Qanunla hansı limit, hansı tarif qəbul olunursa, biz də onun icrasını həyata keçiririk. Yəni, biz icraedici orqanıq. Gələcəkdə də hansı tarif, hansı limit qüvvədə olacaqsa, işimizi ona uyğun icra edəcəyik”. - açıqlamada deyilir.

Bu məsələ ilə bağlı "Azərişıq” ASC-nin hər hansı bir təklifinin olub-olmadığına gəlincə, qurumdan məsələnin hazırda müzakirə predmeti olmadığını deyiblər.

Xatırladaq ki, işıqla bağlı limit 2016-cı ildən tətbiq edilib. Həmin il noyabrın 28-də Tarif (qiymət) Şurasının qərarı ilə elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifi 5,7 qəpik təsdiq edilmiş, pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 300 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.

Qeyd edək ki, bu gün Azərbaycan Respublikası Tarif (qiymət) Şurası bu gün ölkədə təbii qaza tətbiq edilən limitə yenidən baxıb. Tarif Şurası tərəfindən təbii qaza olan limitə yenidən baxılaraq, mayın 1-dən 2 200 (əvvəl 1 700 kubmetr idi - red.) kubmetr həcmində müəyyən edilib. (Buta.media)
Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

"Bəlkə Zelenskini Marsa göndərək?"
Bu ərazi işıqsız qalacaq
“Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişiklik təsdiqləndi

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu