Qaynar xətt:

(+99450) 247 90 86

Əhaliyə şad xəbər: Qazın limiti...

CƏMİYYƏT

1920

30.04.2019, 19:19

\"\" Bu gün Tarif Şurasının növbəti iclası keçirilib. Oxu24.com -un məlumatına görə, iqtisadiyyat naziri Şahin Mustafayev təbii qazdan istifadəyə görə limitin artırıldığını bəyan edib. Nazirin sözlərinə görə, qərar may ayının 1-dən etibarən qüvvəyə minəcək. \"Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədilə təbii qazın illik istifadə limiti 2200 kubmetrədək artırılıb. Mövcud qərardan sonra əhalinin 85 faizi güzəştli tariflərlə limitdən istifadə edəcək\", - deyə nazir vurğulayıb. Ş.Mustafayev qeyd edib ki, ilin əvvəlindən 1700 kubmetrlik qaz limitini keçənlərin hesabları sıfırlanacaq.