Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda bu adlar ilk dəfə körpələrə verildi - Siyahı

2019-04/1556634129_1178144.jpg

CƏMİYYƏT

996

30.04.2019, 18:23

\"\" Bu ilin aprel ayı ərzində Azərbaycanda körpələrə qoyulan yeni adlar məlum olub.
Metbuat.az xəbər verir kiNazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, professor Sayalı Sadıqovaaçıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına Ədliyyə Nazirliyinin qeydiy yat şöbələrindən daxil olan adlar arasında 10-u yenidir: “Müraciət olunan adlar arasında yenilərinə də rast gəlinib. Aytər, Onur, Elyar, Human, Zehin, əkiz bacılar üçün qoyulan İmanə və Cəmanə, Melih, Behcat və Elana adları Komissiyaya daxil olan yeni adlardır”. Qeyd edək ki, bu ilin aprel ayında Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının nəzdində yaradılmış Adlar və Soyadlar üzrə Xüsusi Komissiyasına adlarla bağlı Ədliyyə Nazirliyinin qeydiyyat şöbələrindən 60 müraciət daxil olub.