Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12574
az

Azərbaycanda dəhşətli istilər gözlənilir - XƏBƏRDARLIQ

14:3730 Aprel, 2019
1306
  • A
 
May ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir.

Bununla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti məlumat yayıb.

Bildirilib ki, aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur. Birinci ongünlüyün ortalarında hava şəraitinin bəzi yerlərdə fasilələrlə yağıntılı keçəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 18-21 dərəcə isti (gecələr 13-18, gündüzlər 19-24, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 18-21 millimetr) gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 16-20 dərəcə isti (gecələr 10-15, gündüzlər 19-24, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 33-62 millimetr) gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 11-15 dərəcə isti (gecələr 5-10, bəzi günlərdə 13, gündüzlər 13-18, bəzi günlərdə 21-26 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 68-122 millimetr) gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 18-21 dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25, bəzi günlərdə 27-32 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (31-54 mm) gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 14-19 dərəcə isti (gecələr 8-13, gündüzlər 16-21, bəzi günlərdə 26-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-166 millimetr) gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 19-22 dərəcə isti (gecələr 10-15, bəzi günlərdə 18, gündüzlər 20-25,  bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 26-62 millimetr) gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 15-19 dərəcə isti (gecələr 10-15, gündüzlər 18-23, bəzi günlərdə 25-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı (norma 41-72 millimetr) gözlənilir. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Trampdan daha bir qalmaqallı QƏRAR: Milli Səhiyyə İnstitutunun fəaliyyətini dayandırdı
Meymunçiçəyi cinsi yolla keçir: Ölkəyə gəlib-gedənlərdən məcburi test götürülə bilər
Zaqatalada xəstəxanaya gələn 39 yaşlı şəxs anidən öldü

Dünyamız haqqında 25 qısa fakt

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyinə yoluxma zamanı bu etmək olmaz— HƏKİMDƏN AÇIQLAMA
Ötən il 216 kriminal qrup zərərsizləşdirilib