Qaynar xətt:

(+99450) 247 90 86

Avtovağzalda pulsuz internet olacaq

2019-04/1556606717_1556603996_1.jpg

CƏMİYYƏT

1102

30.04.2019, 10:44

\"\"  Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində pulsuz internet olacaq.
Oxu24.com -un  xəbərinə  görə, bunu Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova deyib. Onun sözlərinə görə, kompleksin rəqəmsallaşdırılması üzrə pilot layihə çərçivəsində pulsuz Wi-Fi xidməti yaxın günlərdə istifadəyə veriləcək: \"Bakı Beynəlxalq Avtovağzal Kompleksində uzaq məsafəyə hərəkət edən avtobusların demək olar ki, hər birində pulsuz və sürətli Wi-Fi xidməti var. Məlum olduğu kimi kompleksin ərazisində nəqliyyat qovşağı istifadəyə verilib. Nəqliyyat qovşağında tezliklə ictimai Wi-Fi xidməti qurulacaq. Nəqliyyat qovşağı ümumilikdə 50 min kvadratmetr ərazini əhatə edir. Bu ərazi daxilində - gözləmə zallarında əyləşən, ictimai iaşə obyektlərindən istifadə edən və dayanacaqlarda gözləyən insanlar rahat şəkildə Wi-Fi xidmətindən istifadə edə biləcəklər\". Yeniliyin işə düşməsi ilə bağlı texniki işlər davam edir.