Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
12540
az

Cəlilabadda Şəhid anasına qarşı hörmətsizlik: Şəhid ailəsini ələ salan məmur övladı kimdir?

16:3229 Aprel, 2019
2221
  • A

Şəhid  anası   evinin  önündə  tikilən “moyka”nın  sökülməsini   istəyir – Cəlilabaddan  şikayət

Hüquqlarının   pozulduğunu   iddia  edən   Cəlilabad  rayon  sakini,  şəhid   anası   Surə   Xəlilova   Oxu24.com   saytına   müraciət   edib. Şəhid anasının    sözlərinə   görə,  oğlu   Məmmədov  Azər   Xeyrulla   oğlu   Qarabağ   müharibəsi  zamanım 1992-ci  ilin   iyununda  şəhid   olub.

Surə   Xəlilovanın  müraciətində  məqsəd  yaşayış  evlərinin  önündə  avto  yuyucunun  (“moyka) tikilməsi   və   nəticədə   ailənin   bundan   narahatlıq keçirməsidir.

“ Mənim  oğlum   bu   evdə   böyüyüb, bu   evdən   hərbiyə   yola   salmışam  və Şəhid  cənazəsi   də   bu   evə   gəlib.  Dövlət   tərəfindən   diqqət   və  qayğını   hər  zaman   görmüşük.  Yaşadığımız   evin   önünə   oğlumun  şəkli  olan  lövhə  vurulub. Artıq    bir    neçə  aydıq  ki, bizim evin düz  girişində  maşınların  yuyulması   üçün    “moyka”  tikilir. Mənim    evdə    ərini   itirmiş   qızım  var. Özüm  də   yaşlı    qadınam.  Evin   düz   qarşısında   “moyka” olarmı? Bununla  bağlı   Cəlilabad   rayonu   İcra    Hakimiyyətinə   yazılı   müraciət  etdim və burada  “moyka”nın   tikilməsindən   narahat  olduğumuzu   bildirdik.  Buna  baxmayaraq   bizim   məktuba   cavab   verən   olmadı.”


Şəhid  anasının  iddia etdiyinə  görə, qeyd   olunan   tikinti   Cəlilabad  rayonu  memarlıq və tikinti  şöbəsinin  müdiri,  baş   memar   Əliyev Zakir   Nadir oğlunun  ailəsinə  məxsusdur.

“Zakir  Əliyevin  oğlu   Səid   Əliyev   tikintiyə   rəhbərlik  edir. Bizə   deyir   ki, hara  istəyirsiniz   şikayət    edin. Bizə    heç   bir   təsir   edə bilməzsiniz. Bir   neçə  gün  öncə  baş   memarın   oğlu   Səid  qızımı   ələ  salırdı. Mən  bir ana   kimi    buna   dözə   bilmirəm. İndi  sual verirəm. Yaşayış   evinin  önündə “moyka”   tikilirmi?  Onun     səsindən    biz    bu    evdə   necə   yaşayaq? Xahiş  edirəm   ki,  bununla   bağlı   qanuni   tədbirlər    görülsün.”
 


Oxu24.com   şəhid  anasının  iddiası  ilə  bağlı      Cəlilabad  rayonu  memarlıq və tikinti   şöbəsinin    müdiri,  baş     memar   Zakir   Əliyevlə  əlaqə   saxlayıb.Şöbə   müdiri    deyilənləri    təkzib  edib.

“Qeyd  olunan  ərazidə  tikilən  obyektlə  bağlı vətəndaşın  bizə  müraciəti  olub. Həmin   müraciət   əsasında   tikinti   aparılmasına    icazə  verilib. Həmin  obyektin  mənimlə  və ailəmlə  heç  bir bağlılığı  yoxdur. Obyekt  Məmmədov  Yusif  adlı  vətəndaşa   məxsusdur. Həmçinin  bildirim  ki, ərazidə yuyucu yox, mağaza tikilir. Bu   məlumat  həqiqəti   əks  etdirmir.”

Məsələni   diqqətdə   saxlayacağıq.

  Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Komitədən Elçinin döyülməsi ilə bağlı açıqlama
Kirayə yaşayanlara şad xəbər: Gələn aydan öz eviniz olacaq
Bakıda bu aparat hamıya PUL PAYLAYIR - Qarşısında uzun növbələr

Sizi təəccübləndirəcək maraqlı FAKTLAR

18+

Parkda təcavüz olunan qadın öldü
Tulada qəribə hadisə:Qadın bankda fişəng partlatdı
Saray körpüsü söküldü: Bir gecədə avtobuslarda gedişhaqqı artırıldı
Fil xəstəliyi nədir?
Təqaüd düzəltmək adı ilə 400 min manatı ələ keçirən qadına    hökm     oxundu