"Bu, sürücülər üçün gözlənilməz təhlükə yaradır" - AAYDA
29 Avqust 2026, 12:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3127
10.12.2024, 14:47
İllər öncə Qobustan rayonu Qurbançı kənd ərazi dairəsinə məxsus olan və rayonun Qaracüzlü kəndi yaxınlığında yerləşən fermada azyaşlıların yanıb ölməsi barədə məlumat vermişdik.
Qeyd olunan hadisə ilə bağlı Oxu24.com saytına müraciət edən yanaraq ölmüş uşaqların anası Xuraman Hacıyeva dəhşətli hadisənin onun həyatında silinməz izlər buraxdığını və mənəvi-psixoloji ağır zərbələr aldığını demişdi.
“Hadisədən 5 ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də özümə gələ bilməmişəm. Övladlarım gözümün qabağında yanıb kül oldular. Balalarım yanmış məftilə dönmüşdülər. Səsim heç yerə çatmadı.Çoban arvadı olduğum üçün bizi sahibsiz görüb başımızdan basdılar. Bu gün həmin hadisədə günahkar olan hər kəsin adını açıqlayacam.Yoldaşımla mən 2015-ci ildən həmin fermada işləyirdik.Sözügedən ferma Füzuli rayonunun başçısı Alı Alıyevin oğlu Elvin Alıyevə məxsusdur. Bizi ora aparan zaman Elvin Alıyev vəd verdi ki,iki il burada işlədikdən sonra sizə torpaq sahəsi verəcəm və ev tikəcəm. Biz orada iki ilə yaxın işlədik. Sonra başımıza bu bəla gəldi.Qışda evi isitmək üçün Elvin Alıyev bizə mazut gətirdi. Birinci gün özü mazutu qızdırıcı sobaya doldurub,alışdırdı. Mən ilk gündən bunun təhlükəli yanacaq olduğunu ona bildirdim. İkinci gün soba partladı,3 uşağım içəridə qaldı. Böyük qızım pəncərədən qaçıb,xilas ola bilsə də,digər iki azyaşlı övladlarım gözlərim baxa-baxa yanıb kül oldular.”
Xuraman Hacıyevanın iddiasına görə, fermanın sahibi imkanlı və vəzifəli şəxs olduğundan məsələni ört-basdır edə bilib. O,hətta indi bəzi saytlara məsuliyyətdən yayınmaq üçün bildirib ki, ferma qayınatasına məxsusdur.
”Razıyam,ola bilər ki, ferma rəsmi sənədlər əsasında başqasının adına rəsmiləşsin.Amma biz sahibkar kimi Elvini tanıyırıq. Bizə əməkhaqqını da o ödəyirdi. Onun atası Füzilinin icra başçısı işləyən Alı Alıyevi də bir neçə dəfə dəora gələndə görmüşəm. Elvin Alıyev həmin vaxt polis orqanlarında işləyirdi. Eşitdiyimə görə indi işdən çıxıb. Əlaqələrindən istifadə edib,uşaqlarımın qanlarını batırdılar. İş Prokurorluqda araşdırılarkən Elvin bizə deyirdi ki,sizə köməklik edəcəm,şikayətçi olmayın.O, neçə ildir ki,bizi yola verir. İndi də telefon zənglərimizə belə cavab vermir. Bizim savadımız olmadığı üçün məzmununu bilmədiyimiz sənədlərə qol çəkdirdilər. Guya biz şikayətçi deyilik. Halbuki, mən həmin vaxtdan hadisənin şokunu yaşayıram.İki övlad itirən ana necə şikayətçi olmaya bilər?
Hadisə ilə bağlı mətbuat vasitəsi ilə yenidən hüquq mühafizə orqanlarına müraciət etdim.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse - prezident Mehriban xanım Əliyevaya səsləndim və xahiş etdim ki, hadisənin əsl günahkarları üzə çıxarılsın və cəzalarını alsınlar. Sağolsun cənab Baş prokuror Kamran Əliyevi.Sumqayıtda vətəndaşlarla görüş zamanı məni qəbul etdi.Sonadək dinlədi. Dərhal işin yenidən araşdırılmasına dair göstəriş verdi. İnanıram ki, əli mənim balalarımın qanına batanlar hökumətimiz tərəfindən cəzalanacaq və Allahın qəzəbinə tuş gələcək. Həyatda ən qulaqbatırıcı səs məzlumun susqunluğudur.4 il biz susduq.Elvin Alıyev bizim dərdimizə şərik olmaq əvəzinə,başımızdan basdı.İndi iş Baş prokuror Kamran Əliyevin göstərişi əsasında Qobustan Rayon Prokurorluğunda yenidən araşdırılır. Əlbəttə,məni qane edən qərar verilməsə yenidən şikayətlərimi davam etdirəcəm ”,-deyə şikayətçi bildirib.
Nigar
12:15 / 29 Avqust 2026
28
11:59 / 29 Avqust 2026
40
11:58 / 29 Avqust 2026
41
11:45 / 29 Avqust 2026
41
11:24 / 29 Avqust 2026
50
11:09 / 29 Avqust 2026
64
10:55 / 29 Avqust 2026
59
10:42 / 29 Avqust 2026
54
10:37 / 29 Avqust 2026
90
10:30 / 29 Avqust 2026
62
10:28 / 29 Avqust 2026
57
10:15 / 29 Avqust 2026
62
09:52 / 29 Avqust 2026
71
09:43 / 29 Avqust 2026
66
09:30 / 29 Avqust 2026
56
09:15 / 29 Avqust 2026
62
08:59 / 29 Avqust 2026
61
23:54 / 28 Avqust 2026
191
23:28 / 28 Avqust 2026
126
23:11 / 28 Avqust 2026
100
22:56 / 28 Avqust 2026
133
22:32 / 28 Avqust 2026
142
22:12 / 28 Avqust 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.